Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan mətbuatı 145 illik “Əkinçi” qəzetinin işığında

Azərbaycan mətbuatı 145 illik “Əkinçi” qəzetinin işığında

Bakı, 15 iyul, AZƏRTAC

Hər bir xalqın tarixində onun heç vaxt unutmadığı, böyük iftixarla yada saldığı önəmli günlər, mühüm tarixlər var. Azərbaycan xalqının taleyinə də millətin oyanışı və formalaşmasında böyük rolu olan bir çox hadisələrin baş verdiyi günləri qeyd etmək düşmüşdür. Azərbaycan mətbuatının qaranquşu olan “Əkinçi” qəzetinin nəşri belə unudulmaz tarixlərdən biridir. Bu il qəzetin yaranmasından 145 il ötür. Neçə illər, əsrlər keçsə də hər zaman Azərbaycan mətbuatından söz açarkən bu qəzet böyük sevgi və minnətdarlıq hissi ilə xatırlanacaq. “Əkinçi” qəzeti 1875-ci il iyulun 22-də Azərbaycan ictimai-siyasi tarixinə günəş kimi doğdu. Bəlkə də o zamanlar qəzetin yaradılmasında iştirak edən maarifpərvər ziyalılarımız böyük maddi və mənəvi çətinliklər şəraitində fəaliyyətə başlayan bu nəşrin neçə-neçə məktəblər yaradacağını, böyük bir inqilabi hadisəyə çevriləcəyini təsəvvür etmirdilər. O zaman yalnız bir amal var idi - qabaqcıl ideyaların təbliği yolu ilə milli oyanış və maarifçilik ideyalarını yaymaq, xalqı cəhalətdən qurtarmaq, qəflət yuxusundan oyatmaq. Həsən bəy Zərdabinin redaktoru və naşiri olduğu “Əkinçi” qəzeti “Daxiliyyə”, “Əkin və ziraət xəbərləri”, “Elm xəbərləri”, “Təzə xəbərlər” kimi şöbələrdən ibarət idi və fəaliyyətə başladığı ilk aylarda az tirajla, kiçik formatda çap olunurdu. Qəzetdə Həsən bəyin ictimai-siyasi, fəlsəfi, maarifçilik, əkinçilik və kənd təsərrüfatı, eləcə də təbiətşünaslığa dair mülahizələri öz əksini tapırdı. Onun səhifələrində dünyanın aparıcı ölkələrində çıxan qəzetlər haqqında müntəzəm olaraq məlumatlar dərc edilir, dünya xalqlarının mədəniyyətindən nümunələr göstərilirdi. Həsən bəy Zərdabi “Əkinçi”nin əsas məqsəd və vəzifələrindən bəhs edərək yazırdı: “Qəzetin muradı xalqın gözünü açmaqdır, həyatda olan işləri ayna kimi xalqa göstərsin ki, xalq da onun əlacının dalınca getsin”.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri Nərgiz Qəhrəmanova söyləyib. O qeyd edib ki, cəmi 2 il çap olunan və bu dövr ərzində 56 nömrəsinin işıq üzü gördüyü “Əkinçi” bu qısa müddət ərzində Azərbaycan jurnalistikasının bayraqdarına çevrildi. “Əkinçi”dən sonra yaranan “Ziya”, “Ziyayi-Qafqaziyyə, “Həyat”, “İrşad”, “Şərqi-rus”, “Kaspi”, “Molla Nəsrəddin” kimi mətbu nümunələr ilk qəzetimizin ideyalarını davam etdirməyə başlamışdılar. “Əkinçi”nin fəaliyyəti və H.Zərdabinin elmi irsi Azərbaycanın alim və tədqiqatçıları tərəfindən dərindən araşdırılıb, neçə-neçə kitab və monoqrafiyalar, məqalələr çap olunub. Bu gün isə Azərbaycan mətbuatı tamamilə yeni mərhələdə inkişaf edir. Ölkəmizdə müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran media inkişaf etməkdədir. Şəffaflıq və vətəndaş həmrəyliyi, ictimai maraqların üstün tutulması, qabaqcıl texnologiyaların mənimsənilməsi və s. müasir medianı xarakterizə edən əsas meyarlardır. 145 il öncəki və bugünkü mətbuatımızı müqayisə etsək, nə qədər böyük fərq olduğunu görərik. Lakin nəzərə almaq lazımdır ki, hazırkı səviyyəyə çatana kimi Azərbaycan jurnalistikası çox çətin və mürəkkəb yol keçib. Son illər dünyada, eləcə də Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişafı, söz və fikir azadlığının ön plana keçməsi, dünyaya inteqrasiya və qloballaşma prosesinin sürətlənməsi cəmiyyətin bütün sahələrində olduğu kimi, mediada da yeni yanaşmalar ortaya qoyur. Bu gün ölkəmizdə 40-dan çox gündəlik, 200-dən çox həftəlik və aylıq qəzetlər dərc olunur. Azərbaycanda ümumilikdə 95 teleradio yayımçısı və operatoru, 12 ümumrespublika televiziya, 12 regional televiziya, 16 radio və 3 peyk televiziya yayımçısı fəaliyyət göstərir. Respublika əhalisinin 80 faizindən çoxu fəal internet istifadəçisidir. Sosial mediadan istifadə edənlərin sayı 2 milyon nəfəri ötüb. Bu rəqəmlər ölkəmizdə azad medianın uğurla inkişaf etdiyini göstərir.

Nərgiz Qəhrəmanova vurğulayıb ki, Azərbaycan hökuməti hər zaman mətbuatın azad inkişafına diqqət yetirib, onun maddi-texniki bazasının möhkəmləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə önəm verib, KİV-lərin cəmiyyətdə rolunu yüksək dəyərləndirib. Ulu öndər Heydər Əliyevin müstəqillik illərində ölkədə jurnalistika və jurnalistlərlə bağlı problemlərin həlli istiqamətində atdığı mühüm addımlar bu sahənin sürətlə inkişaf etməsinə, KİV-lərin fəaliyyətinin genişlənməsinə və peşəkarlıq səviyyəsinin yüksəlməsinə səbəb olub.

Prezident İlham Əliyev tərəfindən də hər zaman Azərbaycanda mətbuatın tərəqqisi, jurnalistlərin stimullaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilib. Dövlətimizin başçısının Azərbaycan milli mətbuatının 130, 135, 140 illik yubileylərinin keçirilməsi ilə bağlı sərəncamları, yubiley münasibətilə mətbuat işçilərini təltif etməsi, onlara fəxri adlar verməsi ölkəmizdə jurnalist əməyinin qiymətləndirilməsinin bariz nümunəsidir. Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında" 2020-ci il 30 iyun tarixli Sərəncamı jurnalistika tariximizə, milli-mənəvi dəyərlərimizə, o cümlədən kütləvi informasiya vasitələrimizə verilən yüksək dəyəri bir daha təsdiqləyir. Bu addım bir daha sübut edir ki, “Əkinçi” qəzeti müasir dövrümüzdə də jurnalistlərin, mətbuat nümayəndələrinin istinad yeri, qiymətli xəzinəsidir.

“Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) da mətbuatımızın inkişafında böyük rolu olan bir qurum kimi bu il jurnalistikanın 145 illiyini qeyd edir. AMEA-nın rəsmi veb-portalı olan science.gov.az, AMEA Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzeti və Akademiyanın “Elm TV” internet televiziyası bu gün ölkənin elm sahəsində fəaliyyət göstərən öncül, nüfuzlu mətbuat orqanlarındandır. İlk mətbu nümunəmizin nəşrindən düz 120 il sonra, 1995-ci ildə fəaliyyətə başlayan, ölkənin ilk veb-saytı olan science.gov.az müasir dövrümüzün elektron “Əkinçi”si hesab olunur. Bu il 25 yaşını qeyd edən science.gov.az Azərbaycanda dövlət tərəfindən elmdə aparılan islahatları, eləcə də dünya və ölkə elmində əldə edilmiş nailiyyətləri obyektiv işıqlandırır, təbliğ edir. Hazırda bəşəriyyəti cənginə alan koronavirus pandemiyası dövründə bütün dünyada mətbuatın necə güclü vasitə olduğu, 4-cü hakimiyyət rolunu oynadığı bir daha ön plana keçib. Bu gün müxtəlif ölkələrdə fəaliyyət göstərən jurnalistlər cəmiyyətin öndə gedən peşə sahibləri kimi, fasiləsiz şəkildə ictimaiyyətin xidmətində dayanırlar.

Science.gov.az da koronavirus pandemiyası dövründə mətbuatın üzərinə düşən şərəfli vəzifəni layiqincə yerinə yetirərək ölkə ictimaiyyətini məlumatlandırmaqda davam edir. Portalda hər gün AMEA-nın institut və təşkilatlarının əməkdaşlarının xüsusi karantin rejiminə uyğun olaraq gördüyü işlər, eləcə də dünyada və ölkəmizdə koronavirus pandemiyası ilə bağlı son məlumatlar işıqlandırılır.

AMEA Rəyasət Heyətinin digər mətbu orqanı olan “Elm” qəzeti ölkənin kütləvi informasiya vasitələri arasında özünəməxsus yeri olan və öz dəst-xətti ilə seçilən nəşrlərdəndir. Qəzet Azərbaycan elmində baş verən yenilikləri ictimaiyyətə çatdırmaq, alimlərimizi dünyada tanıtmaq istiqamətində fəaliyyət göstərir. Burada görkəmli elm xadimləri ilə müsahibələrə, AMEA-da həyata keçirilən müxtəlif tədbirlərə, o cümlədən elmi tədqiqatlarla bağlı məqalələrə rast gəlmək mümkündür.

Azərbaycanın ilk elmi internet televiziyası olan “Elm Tv” isə AMEA-nın institut və təşkilatlarında keçirilən tədbirləri lentə alır, gənc alim və mütəxəssislərin reallaşdırdığı maraqlı layihələri işıqlandırır. “Elm Tv” Azərbaycan milli elmi irsinin mərkəzləşdirilmiş və sistemləşdirilmiş şəkildə qorunub saxlanılmasında yaxından iştirak edir.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev də hər zaman mətbuatın inkişafına xüsusi önəm verir, ölkədə KİV-in fəaliyyətini diqqətdə saxlayır. 2019-cu il oktyabrın 23-də AMEA-nın Ümumi yığıncağında akademik Ramiz Mehdiyev AMEA-nın prezidenti seçildikdən sonra bütövlükdə bu elm ocağı ilə yanaşı, science.az-ın və akademiyanın digər mətbuat orqanlarının da həyatında yeni mərhələ başlanıb. İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin strukturunda dəyişikliklər edilib, idarəetmə sistemi modernləşdirilib.

On bir ildən artıqdır ki, mən də Azərbaycan mətbuatının, AMEA-nın və ən əsası science.gov.az portalının bir parçası olmaq, ölkəmizin elm adamları, ziyalıları ilə birgə çalışmaq və elmimizin təbliğini həyata keçirməkdən qürur duyuram.

Jurnalist fəaliyyətimdən başqa, AMEA-nın ictimai həyatında da - Azərbaycan mətbuatının inkişafı yönündə müxtəlif layihələrin həyata keçirilməsində fəal iştirak edirəm. Fəaliyyətim dövründə jurnalistika sahəsində müxtəlif respublika və beynəlxalq səviyyəli konfranslarda, treninqlərdə iştirak edərək sertifikatlara layiq görülmüşəm. Bugünədək ölkə mətbuatında Azərbaycanın jurnalistika tarixi, tanınmış alimlərimizin həyat və fəaliyyəti, ölkə elmində baş verən yeniliklər və mühüm hadisələrə dair 30-a yaxın məqaləm dərc olunub. İnanırıq ki, həm bütövlükdə Azərbaycan, həm də AMEA mətbuatı illər keçdikcə daha da inkişaf edəcək, cəmiyyətimizin obyektiv və peşəkar şəkildə məlumatlandırılması istiqamətində fəaliyyətini daha da genişləndirəcək. Mətbuatımızın yaranmasının 145-ci ildönümü münasibətilə ölkənin müxtəlif media orqanlarında fəaliyyət göstərən bütün qələm sahiblərini ürəkdən təbrik edir, jurnalistikamızın yüksələn xətlə tərəqqisi yönündə həmkarlarıma yaradıcılıq uğurları arzu edirəm!", - deyə Nərgiz Qəhrəmanova bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xəzər dənizində zəlzələ baş verib

Azərbaycan Prezidentinin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsi beynəlxalq aləmdə böyük maraq doğurub - ŞƏRH

Qazaxıstanda pilotsuz uçuş aparatlarının köməyi ilə 63 nəfər xilas edilib

Azərbaycan Premyer Liqasında II tur start götürür

Xorvatiyada kiçik təyyarə qəzaya uğrayıb, 2 nəfər həlak olub

Məşhur pişik Larrinin ölüm xəbəri Mark Tvenə məxsus sitatla təkzib olunub

Tramp 3-cü dəfə seçkilərə qatılmaq istəyir: Bunu qadağan edən qanun dəyişdirilsə, məmnun olaram

Ayxan Abbasov millinin futbolçusuna görə “Bursaspor”un oyununu canlı izləyib

FIFA dünya çempionatının final oyunundakı kütləvi dava ilə bağlı qərarları açıqlayıb

Tramp: Aralıq seçkiləri uduzsam, impiçmentə məruz qalacağam

ABŞ miqrantların geri qaytarılması üçün Liberiyaya 5 milyon dollar ödəməyə razılaşıb

Donald Tramp: ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarda heç bir məhdudiyyəti yoxdur

Azərbaycan millisinin voleybolçusu: Meydanda əsl əzmkar mübarizə nümayiş etdirdik

Premyer Liqa: “Arsenal” mövsümün açılış oyununda böyükhesablı qələbə qazanıb

Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir

Ağdərəyə qayıdışın sevinc dolu anları: Bundan sonra gözəl günlərimiz çox olacaq

Nəriman Axundzadə “Qalatasaray”a qarşı oynayıb, sarı vərəqə ilə cəzalandırılıb

Qazaxıstan Azərbaycanı Trans-Xəzər marşrutu üzrə əsas tərəfdaşlardan biri hesab edir

Ekspert: Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat şəbəkələrində Azərbaycanın mövqeyini möhkəmləndirəcək

Ankarada kömür mədənində qəza: 1 nəfər həlak olub, 20 işçi yaralanıb

Qazaxıstanda Qurultay seçkiləri ərəfəsində sükut günü başlayır

Azərbaycan səfiri etimadnaməsini Kosta Rika Prezidentinə təqdim edib

İmişlidə yol qəzası olub, piyada ölüb

Polina Rəhimova: Avropa çempionatı kimi möhtəşəm turnirin Azərbaycanda təşkili qürurvericidir

Rusiya ordusu Krivoy Roqda ticarət mərkəzini vurub, 14 nəfər həlak olub

Ağdərə sakini: Arzularımızın gerçəkləşməsinin sevincini yaşayırıq

Beş Aİ ölkəsi Ruandada miqrantların qayıdış mərkəzlərinin yaradılması üzrə danışıqlar aparır

Portuqaliyalı voleybolçu: Azərbaycan millisinin güclü komanda olduğunu bilirdik

Azərbaycan güləşçilərinin dünya çempionatında qazandıqları medal sayı 7-yə çatıb

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 bürünc medal qazanıb

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə gənclərin infoturu təşkil olunub

Voleybol üzrə Avropa çempionatı: Azərbaycan millisi Portuqaliyanı məğlub edib  YENİLƏNİB

Şəkidə qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri müəyyənləşdirilib

BDU-nun “Bir yay, min xatirə” düşərgəsi maraqlı layihələrlə davam edir

“Şükür bu günə ki, qayıtdıq” - keçmiş məcburi köçkünün qürur dolu anları

Azərbaycan-Özbəkistan müttəfiqliyi Avrasiyada yeni geosiyasi reallıqlar yaradır - ŞƏRH

Azərbaycan millisi Andorra ilə yoldaşlıq oyunu keçirəcək

Bu saata olan əsas xəbərlər

Azərbaycan boks millisi Avropa çempionatını 2 medalla başa vurub

® Yüksək peşəkarlığı, zəngin təcrübəsi və məsuliyyətli yanaşması ilə tanınan həkim

İstirahət forması niyə dəyişir: insanlar asudə vaxtlarını necə keçirirlər?

Beynəlxalq Enerji Agentliyinin rəhbəri dizel və reaktiv yanacaq böhranı barədə xəbərdarlıq edib

Tokayev qarşıdan gələn Qurultay seçkilərini tarixi hadisə adlandırıb

Turizmin gələcək kadrları iş yerində yetişir – DUAL TƏHSİLİN YENİ ÜNVANI

TƏBİB immunizasiya tədbirlərini davam etdirir

MİQ üzrə müsahibə tarixləri açıqlanıb

İki mədəniyyət arasında körpü: Batumidə yeni üfüqlər

Bakı ilə Daşkənd arasında formalaşan münasibətlər ikitərəfli əməkdaşlıqdan daha geniş məna daşıyır - ŞƏRH

Hazırda Körfəzdəki tankerlərdə 41 milyon barel neftin qaldığı bildirilir

Bakı, Gəncə və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Səfir: Axıska türklərinə həsr olunmuş sərgi Azərbaycan və Türkiyənin bu məsələyə həssas münasibətini göstərir

Ekspert: Yeni Dövlət Proqramı turizm sektorunun inkişafına əlavə stimul verəcək

Bakıda voleybol üzrə Avropa çempionatının açılış mərasimi keçirilib

Azərbaycan və Qırğızıstan Ali məhkəmələri arasında əməkdaşlıq genişləndiriləcək

Xocavənddə mina partlayıb, 1 nəfər yaralanıb

Şahzadə Harri və daha 6 məşhur şəxs “Daily Mail”in naşirinə ilkin olaraq 9,5 milyon funt sterlinq ödəməlidir

İğdır Azərbaycan Evində “Her Yönüyle Iğdır” kitabının təqdimatı keçirilib

“AzInTelecom” MMC kibertəhlükəsizlik sahəsində beynəlxalq nüfuza malik "FIRST" təşkilatına üzv qəbul edilib

Azərbaycan–Özbəkistan əlaqələri yeni regional düzənin formalaşmasına xidmət edir - ŞƏRH

Axıska türklərinin yaşadığı tarixi hadisələrin Türk dünyasına çatdırılması vacibdir

DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycanlı jurnalistlər Özbəkistanın "Amirsoy" və "Beldersay" kurortlarında olublar VİDEO

Azərbaycanlı jurnalistlər Özbəkistanın "Amirsoy" və "Beldersay" kurortlarında olublar VİDEO

Premyer Liqada II turun hakim təyinatları açıqlanıb

TRIPP Naxçıvanın iqtisadi xəritəsini necə dəyişəcək? – ŞƏRH

Qazaxıstanda rəqəmsal dövlət resurslarına giriş müvəqqəti mümkün olmayıb

Sazın və sözün birliyi: Ərzurumda Türk dünyasının aşıq sənəti təbliğ olunub

Kənd təsərrüfatı naziri Qobustanda vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstan Ali Məhkəməsinin sədr müavini: Azərbaycan təcrübəsini ölkəmizdə reallaşdıracağıq VİDEO

Qırğızıstan Ali Məhkəməsinin sədr müavini: Azərbaycan təcrübəsini ölkəmizdə reallaşdıracağıq VİDEO

Samuxda zəruri baytarlıq-sanitariya tədbirləri həyata keçirilib

Səidə Sübhi: Natəvanın poeziyası fərdi yaşantıların zamansızlığını göstərir

® PAŞA Holding “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir

Xalid Xəlilov: Axıska türklərinin tarixinin Azərbaycan xalqına çatdırılması böyük əhəmiyyət daşıyır

Yardımlıda akrobatika və aerobika gimnastikası üzrə Azərbaycan çempionatlarına yekun vurulub

Agentlik: Valideynlərin hər hansı satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir

Prezidentin UzA-ya müsahibəsi: Özbəkistanla əlaqələrə dair strateji mesajlar – TƏHLİL

Nəqliyyat və infrastruktur üzrə 62 yeni dövlət standartı layihəsi qəbul edilib

Beste Gürsu: Sərgi Axıska türklərinin tarixini təqdim edir

“Bitcoin”in qiyməti üç ayın maksimumuna yüksəlib

Davam edən mina terroru: Beynəlxalq ictimaiyyət fəlakətin miqyasına biganə qalmamalıdır- ŞƏRH

Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq genişlənir - ŞƏRH

Atçılığın konkur növü üzrə yay birinciliyinə start verilib

Xan qızının böyük arzusu: Şuşaya su necə çəkildi?

ADY dəmiryol keçidlərində sürücü və piyadaları diqqətli olmağa çağırıb

Səadət Yusifova: “Axıska türkləri – itmiş sürgünün izində” sərgisi tarixi yaddaşın qorunmasına xidmət edir

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 medal qazanıb

Ziyəddin Kassanov: Azərbaycan Axıska türklərinə hər zaman sahib çıxıb

Qış mövsümü Avropada təbii qazın qiymətlərinin artması müşayiət olunacaq

Deputat: Yeni güzəşt mexanizmi qeyri-neft-qaz ixracının artmasına imkan verəcək 

Süni intellekt və təhsilin rəqəmsal transformasiyası

Azərbaycandan Özbəkistana məhsul ixracının dəyəri 2 dəfədən çox artıb

Gürcüstanın dəniz limanları ikinci rübdə 4700 sərnişinə xidmət göstərib

Marin Lö Penin borc ittihamı Fransada siyasi qarşıdurmanı qızışdırıb

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş poçt markası təqdim edilib

Britaniyanın dövlət borcu 3 trilyon funt sterlinqə yaxınlaşıb

“Sea Breeze Uzbekistan”: Çarvak sahilində yeni möhtəşəm kurort VİDEO

“Sea Breeze Uzbekistan”: Çarvak sahilində yeni möhtəşəm kurort VİDEO

Almaniyada avtomobil piyada zonasına daxil olub, 8 nəfər xəsarət alıb

TİKA ilə Bolnisidəki Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi arasında əməkdaşlıq genişləndiriləcək

AzTU tələbələri ABŞ-də 6 medal və xüsusi mükafat qazanıblar

Zaur Qardaşov: TRIPP Azərbaycan sahibkarları üçün yeni biznes modeli təklif edir – MÜSAHİBƏ VİDEO

Zaur Qardaşov: TRIPP Azərbaycan sahibkarları üçün yeni biznes modeli təklif edir – MÜSAHİBƏ VİDEO

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi üzrə işçi görüş olub