SİYASƏT


Azərbaycan və Pakistan Hərbi Dəniz Qüvvələrinin inkişaf perspektivləri müzakirə edilib

Bakı, 1 dekabr, AZƏRTAC

Bakıda Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Sübhan Bəkirov Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı admiral Muhammad Amcad Xan Niazinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Hərbi Dəniz Qüvvələrində rəsmi qarşılanma mərasimi keçirilib. Pakistan Hərbi Dəniz Qüvvələrinin komandanı fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin Dövlət himni səsləndirilib.

Ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılan abidəsi önünə əklil qoyularaq xatirəsi ehtiramla yad edilib.

Sonra Pakistan nümayəndə heyətinin rəhbəri “Fəxri qonaqlar kitabı"nı imzalayıb.

Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral S.Bəkirov qonaqları salamlayaraq ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib.

Nümayəndə heyətinə Hərbi Dəniz Qüvvələrinin tarixi və fəaliyyəti haqqında geniş brifinq təqdim edilib.

Göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən admiral M.A.X.Niazi hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin daha da inkişaf etdirilməsi istiqamətində görülən işlərin əhəmiyyətini diqqətə çatdırıb.

Görüşdə Azərbaycanla Pakistan Hərbi Dəniz Qüvvələri arasında hərbi, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparılıb.

Sonra hərbi gəmilərə baxış keçirilib, onların taktiki-texniki xüsusiyyətləri, həmçinin gəmi heyətinin yerləşməsi və qidalanması ilə bağlı nümayəndə heyətinə məlumat verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.