MƏDƏNİYYƏT


Azərbaycan xalq musiqisi yunanlarda böyük maraq doğurur

Bakı, 16 iyul, AZƏRTAC

Əminəm ki, Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin (International Society for Music Education- ISME) 33-cü Dünya Konfransının işinin yekunları həm iştirakçıları, həm də təşkilatçıları sevindirəcək. Konfrans günlərində bir sıra mühüm məsələləri müzakirə etmək planlaşdırılır. Təcrübə mübadiləsi aparılacaq, başqa ölkələrin musiqi mədəniyyəti ilə tanış olmaq imkanı yaranacaq. Belə möhtəşəm tədbirin təşkilinə görə Azərbaycan Mədəniyyət Nazirliyinə təşəkkür etmək istərdim.

Bu sözləri AZƏRTAC-a müsahibəsində ISME-nin 33-cü Dünya Konfransının açılış mərasimində Yunanıstan nümayəndəsi Dimitra Koniari söyləyib.

O deyib: “Çox şadam ki, sonunda Bakıya gələ bildim. Paytaxtınızın qonaqpərvərliyi və gözəlliyi məni valeh etdi. Mən ibtidai siniflərdə musiqi müəllimiyəm. Azərbaycan xalqının mədəni irsi ilə çoxdan maraqlanıram və ümidvaram ki, bu tədbir xalq musiqinizə yaxından bələd olmağıma kömək edəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.