Azərbaycanlı alim beynəlxalq elmi təşkilata üzv seçilib
Bakı, 25 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Radiasiya Problemləri İnstitutunun Yarımkeçiricilərin radiasiya fizikası laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, professor Rəhim Mədətov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Rəyasət Heyətinin yekdil qərarı ilə bu qurumun akademik üzvü seçilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, Azərbaycan alimi, həmçinin türk dünyası elminin və təhsilinin inkişafında göstərdiyi yüksək xidmətlərinə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının “Beynəlxalq qızıl ulduz medalı”na və diplomuna da layiq görülüb.