SİYASƏT


Azərbaycanlı deputat: Azərbaycanda 100 il əvvəl qadınlara səsvermə hüququ verilib VİDEO

Strasburq, 23 yanvar, AZƏRTAC

AŞPA-nın qış sessiyasının ikinci günündə “Şəriət qanununun İnsan Hüquqları üzrə Avropa Konvensiyasına uyğunluğu: Konvensiyaya qoşulan ölkələr "Qahirə bəyannaməsi"nin iştirakçısı ola bilərmi?” adlı məruzə dinlənilib və məruzə ilə bağlı müzakirələr aparılıb.

AZƏRTAC xəbər verir ki, qurumdakı nümayəndə heyətinin üzvü Asim Mollazadə təmsil etdiyi Avropa Konservatorlar qrupu adından danışıb.

Bildirib ki, dünyəvilik-dövlət və dinin ayrılığı sivilizasiyamızın ən böyük nailiyyətlərindəndir.

O, Azərbaycanın 100 il əvvəl müsəlman Şərqində ilk dünyəvi dövlət olduğunu, elə həmin dövrdə də qadınlara səsvermə hüququnun verildiyini və ölkəmizdə ilk müsəlman qadınının parlamentə üzv seçildiyini diqqətə çatdırıb.

Ölkəmizdə qadınların cəmiyyətdə, siyasətdə və digər sahələrdə fəal rol oynadığını vurğulayıb.

Şəriət qanununun bəzi Avropa ölkələrində də tətbiq olunduğuna təəssüfünü və bunun qəbuledilməz olduğunu söyləyib. Qeyd edib ki, şəriət qanununun tətbiqi ilk növbədə qadınların hüquqlarının pozulmasıdır.

"Qahirə bəyənnaməsi"nin tonu antimüsəlman və ya antiislam olmamalıdır. Azərbaycan, Türkiyə kimi ölkələrdə şəriət qanunu tətbiq edilmir. O, digər dinlərdə də qadınların hüquqlarına baxılmasının vacibliyini qeyd edib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.