CƏMİYYƏT


B12 vitamini əsəb sisteminin sağlam fəaliyyət göstərməsində mühüm rol oynayır

Bakı, 7 avqust, AZƏRTAC

Sağlam həyat tərzi üçün qida rasionuna müxtəlif vitamin və minerallar daxil etmək lazımdır. B12 vitamini orqanizmimizin yaxşı fəaliyyət göstərməsi üçün zəruri hesab edilən B qrupuna daxil olan 8 həyati vacib vitamindən biridir. B12 vitamini qırmızı qan hüceyrələrinin (eritrositlərin) yaranmasına kömək edir, həmçinin əsəb sisteminin sağlam fəaliyyət göstərməsində mühüm rol oynayır.

AZƏRTAC bu barədə tibb saytlarına istinadən xəbər verir.

B12 vitamini təbii halda bəzi ərzaqların tərkibində mövcuddur və yəqin ki, artıq siz onları qəbul edirsiniz. Bu vitaminin əmələ gəlməsi üçün ət, balıq, pendir və yumurta, o cümlədən heyvanın qaraciyəri və böyrəyi, molyusklar, siyənək, zənginləşdirilmiş dənli bitkilər, tunes, zənginləşdirilmiş qida mayası, alabalıq, qızılbalıq, süd və süd məhsulları yaxşı mənbə hesab olunur.

İnsanlar müxtəlif və balanslaşdırılmış pəhrizə riayət edərək onlara lazım olan B12 vitaminini tam əldə etmək imkanı qazana bilərlər. B12 vitamininin əlavələrini qəbul edənlərə bunu həddən artıq etmək məsləhət görülmür, çünki bu, zərərli ola bilər. 19-64 yaş arası olan insanlara hər gün təqribən 1,5 mikroqram B12 vitamini tələb olunur.

Vegetarianlar öz pəhrizlərindən lazım olan B12 miqdarını ala bilmir, çünki bu vitamin təbiətdə nə meyvənin, nə də tərəvəz və taxılın tərkibində mövcuddur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.