İQTİSADİYYAT


Bayram günlərində və bu həftə sonları “Bakmil” stansiyası adi qaydada işləyəcək

Bakı, 21 avqust, Elvin Camalov, AZƏRTAC

Qurban bayramında (22-23 avqust) və həftə sonları (25-26 avqust) Bakı metrosunun “Bakmil” stansiyası adi qaydada işləyəcək.

“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, təmir işlərinin növbəti mərhələsində görüləcək işlərlə əlaqədar sərnişinlərin “Bakmil” stansiyasına giriş-çıxışına qoyulmuş məhdudiyyət (saat 8:20-dən 17:00-a qədər) Qurban bayramında, eləcə də şənbə və bazar günlərində tətbiq edilməyəcək.

Qeyd edilən tarixlərdə sərnişinlər “Bakmil” stansiyasına və əksinə hərəkət edən qatarlardan istirahət günlərinin hərəkət cədvəlinə uyğun istifadə edə bilər.

Məhdudiyyət (saat 8:20-dən 17:00-a qədər) avqust ayının 24-də və növbəti iş həftəsinin əvvəlindən - avqust ayının 27-dən qüvvədə olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.