DÜNYA


Belarus Konstitusiyasına əlavə və dəyişikliklərə dair referendum fevralın 27-nə təyin olunub

Minsk, 21 yanvar, AZƏRTAC

Belarus Prezidenti Aleksandr Lukaşenko yanvarın 20-də “Respublika referendumunun təyin edilməsi haqqında” 14 saylı Fərman imzalayıb.

AZƏRTAC BELTA agentliyinə istinadla xəbər verir ki, sənədə əsasən, Belarus Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə respublika referendumu 2022-ci il fevralın 27-nə təyin edilib.

Fərmanda referenduma çıxarılan və səsvermə bülletenində hərfi əks olunan sualın mətni müəyyən edilir: “Belarus Respublikasının Konstitusiyasına əlavə və dəyişiklikləri qəbul edirsinizmi?”.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.