MƏDƏNİYYƏT


Bəstəkar Vasif Allahverdiyevin yaradıcılıq gecəsi keçirilib

Bakı, 30 mart, AZƏRTAC

Martın 30-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında bəstəkar, Əməkdar İncəsənət Xadimi Vasif Allahverdiyevin yaradıcılıq gecəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Filarmoniya və “Mədəniyyət” kanalının təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı çıxış edərək Azərbaycan bəstəkarlıq məktəbi və onun görkəmli nümayəndəsi olan Vasif Allahverdiyevin zəngin yaradıcılıq fəaliyyətindən danışıb.

Bildirilib ki, Vasif Allahverdiyev 1992-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq ixtisası üzrə, 1994-cü ildə isə tar ixtisası üzrə bitirib. Simfonik orkestr üçün “Atatürk” simfoniyası, “Heydər Əliyev-Ömür yolu” simfonik poeması, səs və kamera orkestri üçün “Sənsizlik” elegiyası, xalq çalğı alətləri orkestri üçün “Cəngi sədası”, solo tar üçün “Qarabağ balladası”, ağac nəfəsli kvartet və nağara üçün “Muğamsayağı”, milli musiqi alətləri və kamera orkestri üçün işləmələrin müəllifidir. Qeyd edilib ki, hazırda Azərbaycan Milli Konservatoriyasının professoru olan Vasif Allahverdiyev gənc, istedadlı musiqiçilərin yetişdirilməsində yaxından iştirak edir.

Daha sonra tədbir bəstəkarın əsərlərindən ibarət musiqi nömrələrinin səsləndirilməsi ilə davam edib.

Yaradıcılıq gecəsində Xalq Artisti Fəxrəddin Kərimovun dirijorluluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib. Konsertin solisti tanınmış mezzo-soprano ifaçısı Ayan Qurbanovadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.