Birləşmiş Ərəb Əmirliklərinin sakinləri səmada qeyri-adi atmosfer hadisəsini müşahidə ediblər
Əbu-Dabi, 18 mart, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin Əl-Ayn şəhərinin səmasında meteorologiyada “yırtıq bulud” kimi tanınan qeyri-adi atmosfer hadisəsi müşahidə olunub.
AZƏRTAC bu ölkənin yerli KİV-lərinə istinadla xəbər verir ki, görünüşünə görə uçan naməlum obyekti xatırladan buludun şəkli sosial şəbəkələrdə ajiotaj yaradıb. Meteoroloq-alimlər izah ediblər ki, bu, anomal hadisə deyil, səma törəmələrinin xüsusi formasıdır. Sıx toplanmış buludların sahəsində bəzən dairəvi və yaxud ovalşəkilli kənarları düz işıq şüaları əmələ gəlir.
Qeyd olunur ki, səmadakı bu “boşluqlar” hava nəqliyyatı yanacağının yanma məhsulu olan nüvə kondensasiyasının əmələ gəlməsi nəticəsində yaranır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu-Dabi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.08.2026 [12:34]
Sabahın hava proqnozu açıqlanıb VİDEO
- 27.08.2026 [11:46]
Bu gün Ümumdünya Göllər Günüdür
- 27.08.2026 [10:35]
Bakıda küləyin sürəti saniyədə 18 metrədək güclənir - FAKTİKİ HAVA VİDEO
- 26.08.2026 [15:39]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 26.08.2026 [14:18]
Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq – PROQNOZ
- 26.08.2026 [13:01]
Sabahın hava proqnozu açıqlanıb VİDEO
- 25.08.2026 [15:51]
Bəzi dağ çaylarından qısamüddətli sel keçəcək - XƏBƏRDARLIQ
- 25.08.2026 [12:39]
Sabah əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq - PROQNOZ
- 24.08.2026 [12:39]