"Sea Breeze”də Yay İdman Festivalına start verilib
Bakı, 27 avqust, AZƏRTAC
"Sea Breeze" ərazisində Yay İdman Festivalına start verilib.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə 16 idman növü üzrə nümunəvi çıxışlar və müxtəlif aktivliklər təşkil olunub.
Proqramda 3x3 basketbol, reqbi, stolüstü tennis, badminton, voleybol, kəndirçəkmə, güləş, cüdo, taekvondo, kapoeyra, sumo, aykido, ciu-citsu, karate, mas-restlinq və avarçəkmə yer alır.
Açıq idman zonasında iştirakçılar müxtəlif idman növlərini ödənişsiz sınayır, bacarıqlarını yoxlayır və bu növlərlə yaxından tanış olurlar.
İnsanlar tərəfindən festivala maraq yüksək səviyyədədir.
Festivala avqustun 28-də yekun vurulacaq.
Müxbir – Cavid Əliyev
Fotoqraf - Orxan Kərimov
Videoqraf - Ələkbər Baxşıyev