Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
Sofiya, 18 noyabr, AZƏRTAC
Bolqarıstanı yeni kütləvi etiraz aksiyaları bürüyüb.
AZƏRTAC xəbər verir ki, aksiya iştirakçıları aşağı gəlirlər, yüksək enerji və qaz tarifləri, həyat səviyyəsinin aşağı düşməsi səbəbindən küçələrə çıxaraq hökuməti istefaya çağırıblar.
Sofiya, Plovdiv, Dobrıç, Qabrovo, Montana, Yambol və digər şəhərlərdə etirazçılar yolları bağlayıblar. Paytaxt Sofiyanın müxtəlif məkanlarında asayişin qorunmasına iki min polis əməkdaşı cəlb olunub.
Ölkənin daxili işlər naziri Mladen Marinov bildirib ki, aksiyaların dinc şəraitdə keçirilməsi təmin edilib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [22:52]
Keti Zakariaya Ağ Evin mətbuat katibi vəzifəsi təklif olunub
- 09.10.2026 [22:28]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [21:06]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]