“Britaniya uşaq ədəbiyyatı” kitabı çapdan çıxıb
Bakı, 4 aprel, AZƏRTAC
Azərbaycan Universitetinin rektoru Səadət Əliyevanın həmmüəllifi olduğu “Britaniya uşaq ədəbiyyatı” dərs vəsaiti çapdan çıxıb.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, dərs vəsaitində ədəbi janrdan ümumi ədəbiyyatın bir sahəsinə çevrilən, sonrakı inkişaf mərhələlərində müstəqil uşaq ədəbiyyatı kimi dünya ədəbiyyatında özünəməxsus yer tutan Britaniya uşaq ədəbiyyatının ümumi mənzərəsi yaradılır. Kitabın digər müəllifi professor Şahin Xəlillidir.
İrihəcmli vəsaitə Britaniya uşaq ədəbiyyatı və poeziyasının tarixinə, inkişaf mərhələlərinə həsr olunan esselər, habelə klassik uşaq folkloru, orta əsrlər, müasir poeziya nümunələri və ədəbi nağılların bir qismi daxil edilib. Kitabda ölkəmizdə az tanınan müəlliflərlə yanaşı, uşaqların uzun illərdən bəri sevə-sevə oxuduqları əsərlər və onların müəlliflərindən də geniş söhbət açılır, Britaniya uşaq ədəbiyyatının Azərbaycanda öyrənilməsi məsələsinə də aydınlıq gətirilir. Vəsaitdə tərcümələrdən nümunələrin verilməsi praktik əhəmiyyət daşıyır. Bütün bu keyfiyyətlər kitabın elmi dəyərini xeyli artırır.
Beş hissədən və 462 səhifədən ibarət kitab ali məktəblərin filologiya fakültələrinin bakalavriat pilləsində seçmə fənn kimi nəzərdə tutulan proqram əsasında hazırlanıb. Vəsaitin elmi redaktoru filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu, rəyçiləri filologiya elmləri doktoru, professor Cəlil Nağıyev, filologiya elmləri doktoru, professor Qorxmaz Quliyev, filologiya elmləri doktoru, professor Aynur Sabitovadır.
Dərs vəsaiti filologiya üzrə təhsil alan tələbələr, professor-müəllim heyəti və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.02.2026 [12:21]
BDU Tərtərdəki bir sıra ümumtəhsil müəssisələrinə kitablar hədiyyə edib
- 14.02.2026 [11:37]
BDU-da Azərbaycanın ilk Qabaqcıl Materialşünaslıq Mərkəzi yaradılır
- 14.02.2026 [02:31]
ADPU Corc Vaşinqton Universiteti ilə ikili diplom proqramına qəbul elan edir
- 13.02.2026 [17:14]
Bakı Ali Neft Məktəbində innovativ təlim infrastrukturu genişləndirilib
Fransada irqçiliklə mübarizə gücləndiriləcək
- 13.02.2026 [23:57]
Türkiyə Superliqası: "Qalatasaray" 3 xalı darmadağınla qazanıb
- 13.02.2026 [23:08]
Almaniya Kansleri: Azadlığımızı qonşularımızla birlikdə qoruyuruq
- 13.02.2026 [22:41]
Donald Tramp tezliklə Venesuelaya səfər edəcəyini açıqlayıb
- 13.02.2026 [22:07]
“Dastan” brendinin yeni kolleksiyasının təqdimatı keçirilib
- 13.02.2026 [21:54]
Bəxtiyar Vahabzadənin xatirəsi Şəkidə yad edilib
- 13.02.2026 [21:05]
Bakıda Serbiyanın Dövlətçilik Günü qeyd olunub
- 13.02.2026 [20:29]