ELM VƏ TƏHSİL


Çinin Yanşan Universitetində Azərbaycana dair təqdimat keçirilib

Pekin, 14 may, AZƏRTAC

Çinin Hebey vilayətindəki Yanşan Universitetində Azərbaycan haqqında təqdimat keçirilib.

AZƏRTAC xəbər verir ki, videokonfrans formatında keçirilən təqdimatda ali təhsil ocağının doktorantı Sadiq Qaçayev Azərbaycan-Çin əlaqələri, mədəniyyətlərimizin fərqli və oxşar cəhətləri, Azərbaycanda Çin dilinin tədrisinin mövcud vəziyyəti haqqında geniş məlumat verib. Bundan başqa, ölkəmizin beynəlxalq aləmdə artan mövqeyindən, Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələrinin regionun inkişafı üçün yaratdığı imkanlardan, ölkəmizin iqtisadi inkişafından, xalqımızın mədəni irsindən, adət-ənənələrindən bəhs olunub.

Qeyd edilib ki, tarixən şərq ilə qərb arasında ticarət yollarının üzərində yerləşən Azərbaycan coğrafi mövqeyi və sahib olduğu nəqliyyat-tranzit imkanları ilə Avropa və Çin arasındakı yükdaşımalarında rolu getdikcə çoxalır. Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün də fəal iştirakçısıdır.

Təqdimat zamanı Azərbaycanın Vətən müharibəsi haqqında məlumat verilərək, 30 ilə yaxın işğal altında olan torpaqlarımızın Silahlı Qüvvələrimizin əks-hücumu nəticəsində azad edildiyi diqqətə çatdırılıb.

Universitetin müəllim və tələbələrinin Azərbaycanla bağlı sualları cavablandırılıb. Ölkəmiz haqqında məlumatlar maraqla qarşılanıb. Belə ki, təqdimatın nəticəsi olaraq Azərbaycana gəlmək, Azərbaycan dilini və mədəniyyətini öyrənmək istəyən magistr tələbələr üçün Çində populyar “Wechat” messencerində qrup yaradılıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.