Dmitri Nağıyev “Sumqayıt” futbol klubu ilə müqavilə bağlayıb
Sumqayıt, 3 iyul, AZƏRTAC
2018-2019-cu il mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” futbol klubu daha bir futbolçunu heyətinə cəlb edib. Belə ki, klub U-21 millimizin üzvü Dmitri Nağıyev ilə birillik müqavilə imzalayıb.
“Sumqayıt” futbol klubunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Dmitri Nağıyev komandada 33 nömrəli formada çıxış edəcək.
2012-ci ildən “Dnepr”də (13 oyun, 1 qol) çıxış edən Dmitri Nağıyev ötən mövsümü “Qarabağ Vyana”da (15 oyun, 1 qol) keçirib. Nağıyev, həmçinin U-21 millimizin də (2015-2016, 2 oyun) şərəfini qoruyub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.09.2026 [13:54]
Cəlilabadda ev yanıb
- 15.09.2026 [13:53]
Kəlbəcərdə ilk dərs günü: 121 şagird yeni tədris ilinə başlayıb
- 15.09.2026 [13:23]
Növbəti köç karvanı Xocavəndə çatıb
- 15.09.2026 [13:09]
Laçında məktəblərdə ilk zəng çalınıb FOTOLAR
- 15.09.2026 [12:32]