İQTİSADİYYAT
EIA Azərbaycanın neft hasilatı üzrə proqnozunu açıqlayıb
Bakı, 11 yanvar, AZƏRTAC
ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2024-cü il üçün gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu açıqlayıb.
AZƏRTAC EIA-nın aylıq hesabatına istinadən xəbər verir ki, növbəti il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 660 min barel səviyyəsində olacağı ehtimal edilir.
Proqnoza əsasən, 2023-cü il ölkədə neft və digər maye karbohidrogenlərin hasilatı dekabrda verilən proqnoz göstəricisindən 10 min barel artıq olaraq gündəlik 650 min barel təşkil edəcək.
Hesabatda bildirilir ki, ötən il ölkədə gündəlik maye karbohidrogenlərin hasilatı 670 min barel olub. Bu da öncəki proqnoz göstəricisi ilə eynidir.
Xatırladaq ki, 2021-ci il Azərbaycanda gündəlik maye karbohidrogenlərin hasilatı 720 min barel səviyyəsində olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]
“Azeri Light” markalı neft ucuzlaşıb
Almaniyada əsgər çatışmır
- [16:32]
BDU-da “Türk otağı” açılıb
- [16:13]
Xocalı al lalələrlə bəzənib FOTO
- [15:39]