DÜNYA


Fransada keçirilən regional seçkilərdə Tyeri Mariani öndədir

Paris, 21 iyun, AZƏRTAC

Fransada region və departament seçkiləri 2022-ci il prezident seçkilərinə tramplin kimi baxılır. Bu baxımdan regional seçkilər çox mühüm əhəmiyyət daşıyır.

AZƏRTAC xəbər verir ki, Fransada regional və departament seçkilərinin birinci turu başa çatıb. Birinci turun nəticələrinə görə, Milli Birlik partiyasından namizədliyini irəli sürmüş Tyeri Mariani siyahıda ilk pillədədir.

Tyeri Marianinin lider olması Fransada erməni lobbisinin artıq gözdən düşməsi kimi qəbul edilə bilər. Erməni lobbisinin üzvləri fransızları aşkarcasına Tyeri Marianiyə səs verməməyə çağırıblar. Lobbinin mənfur üzvləri T.Marianinin Azərbaycanla dostluq əlaqələrini təhrif olunmuş formada təqdim edir, ona qarşı mənfi fikirlər formalaşdırmağa çalışırdılar. Ancaq T.Marianinin seçkilərdə liderliyə yüksəlməsi erməni lobbisinin artıq heç nəyə qadir olmadığını, hətta sadə vətəndaşları belə bezdirdiyini göstərir. Erməni mənşəli fransızların çağırışları əsl fransızlar tərəfindən, hətta bəzi erməni mənşəli vətəndaşlar tərəfindən də qəbul edilmir.

T.Mariani seçki kampaniyası zamanı Azərbaycana sadiq qalaraq, təxribat xarakterli bəzi suallara ədalətli cavab verir, Qarabağın Azərbaycan ərazisi olduğunu deyirdi. BMT qətnamələrini xatırladan T.Mariani bütün dünya ölkələrinin bu ərazilərin Azərbaycana məxsus olmasını təsdiqlədiyini vurğulayırdı.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.