CƏMİYYƏT
Gəncədə gənclər üçün “Layihələrin yazılışı” mövzusunda təlimlər təşkil olunub
Bakı, 9 avqust, AZƏRTAC
Gənclər üçün Təhsil Mərkəzinin Gəncə regional ofisi “Layihələrin yazılışı” adlı ikinci təlim proqramına start verib.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, təlimlərdə gənclərə layihələrin hazırlanması ilə bağlı nəzəri və praktik biliklər verilib.
Regional ofisin rəhbəri Gülnar Məmmədova təlimlərin məqsədi barədə gəncləri məlumatlandırıb. Bildirib ki, Azərbaycan Respublikasının Gənclər Fondu hazırda 18-29 yaşlı gənclər üçün müsabiqə elan edib. Müsabiqə ilə əlaqədar gənclər tərəfindən maraqlı təşəbbüslər irəli sürülür, layihə təklifləri təqdim olunur. Silsilə təlimlərin məqsədi də gənclərin ideyaları əsasında layihələrin hazırlanması işində onlara yardım göstərməkdir.
Təlimlərin davam etdirilməsi planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]