Gürcüstanın Baş naziri: Prezident seçkilərində hakimiyyət cəmiyyətdən dəqiq mesaj aldı
Tbilisi, 30 oktyabr, AZƏRTAC
Gürcüstan cəmiyyətindən səhvlərimiz və insanları narahat edən problemlərlə bağlı dəqiq mesaj aldıq. Bu seçkilər göstərdi ki, ölkədə çox şeyi qısa vaxt ərzində dəyişmək lazımdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri Mamuka Baxtadze oktyabrın 28-də keçirilmiş prezident seçkilərinin nəticələrini şərh edərkən söyləyib.
M.Baxtadze prezident seçkilərinin ikinci turunda bütün tərəfdarların maksimal səfərbərliyinin təmin olunacağını bildirib.
Xatırladaq ki, oktyabrın 28-də Gürcüstanda keçirilən prezident seçkilərində hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili 38,64 faiz, müxalifdə olan “Vahid Milli Hərəkat” partiyasının namizədi Qriqol Vaşadze isə 37,74 faiz səs toplayıb.
Hər iki namizəd ikinci turda mübarizəni davam etdirəcək. Seçkilərin ikinci turu dekabrın 2-dən gec olmayaraq keçiriləcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.09.2026 [21:27]
Leysan yağışları Batumidə həyatı iflic edib
- 19.09.2026 [21:25]
Gürcüstanın dövlət xarici borcu 9 milyard dolları ötüb
- 19.09.2026 [16:49]
Münxendə 191-ci Oktoberfest start götürüb
- 19.09.2026 [14:51]
Türkiyədə “Ağıllı Şəhərlər Fəaliyyət Planı” qüvvəyə minib
- 19.09.2026 [14:03]
ASELSAN yeni “SMASH 300” silah sistemini təqdim edib
- 19.09.2026 [13:26]
Eritreyaya qarşı tətbiq olunan ABŞ sanksiyaları ləğv olunub
- 19.09.2026 [13:19]
Donald Tramp “CNN”, “MS NOW” və “Politico”nun Ağ Evə girişini qadağan edir
Sürücülərin nəzərinə
- [21:16]
Bu saata olan əsas xəbərlər
- [20:00]
Dörd yaşında yarımçıq qalan ömür
- [12:08]
Bu saata olan əsas xəbərlər
- [12:00]