ELM VƏ TƏHSİL


İnformasiya təhlükəsizliyinin aktual problemləri ilə bağlı IV respublika konfransı keçiriləcək

Bakı, 17 oktyabr, AZƏRTAC

Dekabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin və İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə “İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” IV respublika konfransı keçiriləcək.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, konfransda “İnformasiya təhlükəsizliyinin multidissiplinar humanitar problemləri”, “Sosial media və informasiya təhlükəsizliyi”, “E-dövlətin informasiya təhlükəsizliyi problemləri”, “Milli informasiya təhlükəsizliyi sisteminin formalaşdırılması”, “Fərdi məlumatların mühafizəsi: hüquqi problemlər və yeni texnoloji həllər”, “Bulud texnologiyalarının təhlükəsizliyi” və s. mövzular dinləniləcək.

Konfransa məqalələrin qəbulu noyabrın 30-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.