DÜNYA


İtaliyada Etna vulkanı yenidən oyanıb

Roma, 21 sentyabr, AZƏRTAC

İtaliyanın cənubundakı aktiv vulkanlardan olan Etna yenidən fəallaşıb.

AZƏRTAC xəbər verir ki, Siciliya adasındakı 3326 metrlik Etna vulkanının cənub-şərqindəki kraterdə lava axınları müşahidə olunub, yaranan duman geniş əraziyə yayılıb.

İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) məlumatlarına görə, vulkandan lava axını təxminən 3 saat davam edib. Dumanın 9000 metr yüksəkliyə çatdığı bildirilib. Vulkanın ətəyindəki yaşayış məntəqələrinə də toz dumanı yayılıb. Lakin bu, vulkanın yaxınlığındakı Kataniyanın “Fontanarossa” hava limanının fəaliyyətinə təsir göstərməyib.

Qeyd edək ki, ilin əvvəlindən Etna vulkanında aktivlik müşahidə edilir, lava axını və dumanın sayının 50-ni keçdiyi bildirilir.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.