MƏDƏNİYYƏT


KİNO HƏFTƏSİNİN SON -“ARXADA QALMIŞ GƏLƏCƏK” FİLMİ NÜMAYİŞ ETDİRİLMİŞDİR

Bakı, 31 iyul (AZƏRTAC). Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino evində keçirilən kino həftəsi çərçivəsində iyulun 31-də Rüfət Əsədovun rejissorluğu ilə çəkilmiş “Arxada qalmış gələcək” filmi nümayiş etdirilmişdir.

Filmin ssenari müəllifi Yusif Şeyxov, operatoru Amin Novruzov, rəssamı Adil Azay, bəstəkarı Xəyyam Mirzəzadədir. Vətənpərvərlik mövzusunda çəkilmiş filmdə baş rolu xalq artisti Fuad Poladov oynayır. Ekran əsəri bir çox beynəlxalq müsabiqələrdə nümayiş etdirilmişdir.

Milli kino günü ilə əlaqədar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, “Sinema” Gənc Kinematoqrafçılar Mərkəzinin və “Təkan” Tələbə Gənclər İctimai Birliyinin birgə layihəsi olan kino həftəsinə bu filmlə yekun vurulmuşdur.

Xatırladaq ki, həftə çərçivəsində son vaxtlar çəkilən Azərbaycan filmləri nümayiş etdirilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.