Kerç boğazında iki gəmi yanıb, azı 14 nəfər həyatını itirib
Moskva, 22 yanvar, AZƏRTAC
Kerç boğazında Tanzaniya bayrağı altında üzən iki gəmidə yanğın olub.
AZƏRTAC xəbər verir ki, gəmilərin ekipajı İran və Türkiyə vətəndaşlarından ibarətdir.
Rusiya Dəniz və Çay Nəqliyyatı Federal Agentliyinin məlumatına görə, gəmilərdən birində partlayış baş verib. Hadisə nəticəsində azı 14 dənizçi həlak olub, daha 17 nəfər isə xilas edilib.
Yanğın bir gəmidən digərinə yanacaq ötürülməsi zamanı baş verib.
Novorossiysk Xilasetmə-Əlaqələndirmə Mərkəzinin məlumatına əsasən xilasetmə işlərinə 10 gəmi cəlb edilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]
Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb
- 13.10.2026 [18:37]
ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib
- 13.10.2026 [18:04]
Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir
- 13.10.2026 [17:37]
Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA
- 13.10.2026 [17:14]