Kitabxanada Nəsiminin 650 illiyi qeyd edilib
Bakı, 15 mart, AZƏRTAC
Xəzər rayon Mərkəzi Kitabxana Sisteminin 3 saylı filialında Azərbaycanın böyük şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edənlər hürufi təriqətinin nəğməkarı, insan zəkasının, istedadının və hisslərinin gözəlliyinin tərənnümçüsü olan şairin zəngin yaradıcılığından söhbət açıblar.
Tədbirdə şairə ithaf olunmuş qəzəllər söylənilib.