Latviya Riqa ilə Bakı arasında birbaşa uçuşları bərpa etməyə hazırlaşır
Bakı, 8 mart, AZƏRTAC
Latviyanın “airBaltic” şirkəti bu ilin may ayında Riqa ilə Bakı arasında birbaşa uçuşları bərpa etməyə hazırlaşır.
AZƏRTAC xəbər verir ki, bunu Latviya Prezidenti Egils Levits Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatında deyib.
O qeyd edib ki, bununla da latviyalı turistlərin Azərbaycana gəlməsi və Azərbaycan vətəndaşlarının Latviyaya getməsi, o cümlədən işgüzar dairələrin səfərləri asanlaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:53]
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
- 15.06.2026 [21:35]
Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb
- 15.06.2026 [18:01]
Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru
- 15.06.2026 [17:00]