Latviya hökuməti İstanbul konvensiyasını imzalamadığı üçün tənqid olunub
Riqa, 14 sentyabr, AZƏRTAC
Latviya indiyədək Avropa Birliyinin qadın zorakılığına qarşı qəbul etdiyi İstanbul konvensiyasını ratifikasiya etməyib.
AZƏRTAC xəbər verir ki, BMT-nin qadın diskriminasiyası və məişət zorakılığı üzrə komitəsinin nümayəndəsi Ana Pelas Narvaes bu məsələyə göstərdiyi münasibətə görə Latviya hökumətini tənqid edib.
Sözügedən konvensiyanın Latviyada qəbulu əlil qadınlar da daxil olmaqla bütün qadınların haqlarının qorunması istiqamətində atılacaq ciddi addım olardı. P. Narvaes bildirib ki, ölkədə qadın haqları yetərincə qorunmur. Onun sözlərinə görə, Latviyada fəaliyyət göstərən qeyri-hökumət təşkilatları da əlil qadınların dövlət strukturlarında çalışmasına yönəlmiş təşviqat aparmırlar.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.09.2026 [21:16]
BƏƏ ticarət üçün alternativ marşrutlar yaradır
- 07.09.2026 [20:28]
Tbilisidə tramvay xətti bərpa edilir
- 07.09.2026 [20:17]
Yüzlərlə miqrant qayıqlarla Böyük Britaniyaya gəlib
- 07.09.2026 [19:41]
Çində istismar müddəti bitmiş 4 təyyarə satışa çıxarılıb
- 07.09.2026 [19:40]
İsrail Livanda əməliyyatları davam etdirir - 27 ölü, 69 yaralı var
- 07.09.2026 [19:33]