Latviyada növbəti tədris ili üzrə təhsil imkanı
Bakı, 27 yanvar, AZƏRTAC
Latviya Respublikası Hökuməti 2022-2023-cü tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edib.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, təqaüd proqramı Azərbaycan və Latviya arasında təhsil sahəsində əməkdaşlığa dair 2017-ci il iyulun 17-də Riqa şəhərində imzalanmış sazişə uyğun olaraq həyata keçirilir. Proqram bakalavriat, magistratura və doktorantura səviyyələri üzrədir.
Müsabiqədə iştirak üçün vətəndaşlar aprelin 1-dək müraciət edə bilərlər. Namizədlərin müraciətləri araşdırıldıqdan sonra yekun qərar Latviya Dövlət Təhsil İnkişaf Agentliyi tərəfindən veriləcək.
Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatlarla Təhsil Nazirliyinin saytında tanış olmaq olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
- 13.06.2026 [17:04]
BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib
- 13.06.2026 [15:31]
Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub
- 13.06.2026 [14:21]
Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub
- 13.06.2026 [11:45]
Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO
- 13.06.2026 [10:53]