REGİONLAR


Lənkəran Dövlət Dram Teatrı 131-ci mövsümünə başlayıb

Lənkəran, 21 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı 131-ci mövsümünə start verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə teatrın direktoru Tofiq Heydərov çıxış edərək yeni mövsümdə yaradıcı kollektivin qarşısında duran vəzifələrdən danışıb.

T.Heydərov bildirib ki, Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru, Xalq artisti Firudin Qurbanovun rəhbərliyi ilə yaxın vaxtlarda teatrda osetin dramaturqu Georgi Xuqayevin “Varlı ev” tamaşasının məşqlərinə başlamaq nəzərdə tutulub.

Gənc rejissor Tərlan Abdullayev isə Xanımana Əlibəylinin şeirləri əsasında səhnələşdirdiyi “Ləpələrin nağılı” tamaşasının son məşqlərini aparır. Bu səhnə əsəri noyabrın əvvəllərində azyaşlı tamaşaçıların ixtiyarına veriləcək.

Qeyd olunub ki, yeni mövsümdə sənətsevərlərə digər yeni səhnə əsərləri də təqdim olunacaq.

Yeni teatr mövsümünün açılış mərasimindən sonra klassik Azərbaycan dramaturqu Cəfər Cabbarlının “Vəfalı Səriyyə və ya göz yaşı içində gülüş” tamaşası nümayiş etdirilib.

Ailə-məişət mövzusundan bəhs edən bu səhnə əsərində cəmiyyətin əsas mövcud problemləri, o cümlədən ictimai, əxlaqi-mənəvi inkişafa mane olan gerilik, mühafizəkar insanların çürük adətlərə sadiqliyi, pulun cəmiyyətə və əxlaqa göstərdiyi pozucu təsiri kəskin tənqid olunur.

Maraqla izlənilən tamaşanın quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Ramazan Ağayev, bəstəkarı Eldar Salayevdir.

Rolları Aynur Əhmədova (Səriyyə), Səyad Əliyev (Rüstəm), Xalq artisti Qabil Quliyev (Həmzə), Əməkdar artist Sucəddin Mirzəyev (Səfər), Qızılgül Quliyeva (Çimnaz), Əbülfəz Axundov (Axund), Tərlan Abdullayev (Məhərrəm), Emin Fərzullayev (Qurban), Miraslan Ağayev (Molla Möhsün), Təranə Fərəcova (Hüsniyyə) və Amil İbrahimli (Əsgər) ifa ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.