REGİONLAR


Lənkəran Dövlət Dram Teatrına yeni baş rejissor təyin olunub

Lənkəran, 20 yanvar, Bağır Əliyev, AZƏRTAC

Mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Anar Sadıqov Lənkəran Dövlət Dram Teatrının baş rejissoru vəzifəsinə təyin olunub.

Teatrın ədəbi dram hissə rəhbəri Ağaddin Babayevin AZƏRTAC-ın bölgə müxbirinə verdiyi məlumata görə, yanvarın 19-da Mədəniyyət Nazirliyinin nümayəndələri Könül Əliyeva-Cəfərova və Günay Hümbətova Anar Sadıqovu kollektivə təqdim ediblər.

Teatrın direktoru Tofiq Heydərov tədbirdə çıxış edərək yeni baş rejissorun fəaliyyəti üçün hər cür dəstəyin göstəriləcəyini, yaradıcı kollektivin Anar Sadıqov kimi gənc, perspektivli gənclərə böyük ümid bəslədiyini bildirib.

Sonda Anar Sadıqov ona göstərilən etimada görə minnətdarlığını ifadə edərək, üzərinə düşən vəzifənin öhdəsindən gəlmək üçün əlindən gələni əsirgəməyəcəyini söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.