Lökbatan qəsəbəsində qanunsuz olaraq satışa çıxarılan məhsullar məhv edilib
Bakı, 13 yanvar, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması sahəsində nəzarət tədbirlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, daxil olan müraciət əsasında Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki ticarət mərkəzində texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən, bioloji fəallığa malik qida əlavələri adı altında müxtəlif çeşidli məhsulların topdan satışı ilə məşğul olan fiziki şəxslər Qəmbərov Rauf Qurbanqulu oğlu, Muhammed Saeed Khana və Mehdiyev Vüqar İnqilab oğluna məxsus mağazalarda yoxlama aparılıb.
Araşdırma zamanı mağazalarda qida təhlükəsizliyi sertifikatları olmayan, müxtəlif çeşidli və çəkilərdə qablaşdırılmış 192 ədəd mənşəyi məlum olmayan məhsul satışdan kənarlaşdırılaraq məhv edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]