REGİONLAR


Masallıda onlayn şeir müsabiqəsinə yekun vurulub

Masallı, 5 iyun, Bağır Əliyev, AZƏRTAC

“Masallı gənclər paytaxtı-2020” çərçivəsində Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilmiş və Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş onlayn şeir müsabiqəsinə yekun vurulub.

Onlayn müsabiqənin keçirilməsində məqsəd koronavirus pandemiyası dövründə istedadlı uşaqları aşkar etmək və onların asudə vaxtlarının səmərəli keçirilməsini təmin etməkdir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müsabiqənin şərtlərinə uyğun olaraq, 5-7 yaşlı uşaqlar arasında birinci yerə Masallı rayonunun Güllütəpə kənd tam orta məktəbinin şagirdləri Nəzrin və Nərmin Mütəllimli bacıları (əkizlər), ikinci yerə “Viləş” uşaq bağçasında tərbiyə alan Zümrüd Nağılı, üçüncü yerə Gəyəçöl kənd tam orta məktəbinin şagirdi Sunay Əsgərova layiq görülüb.

Bu yaş qrupunda müsabiqədə fərqləndiyinə görə “Dəfinə” məktəb-liseyinin şagirdi Nuray Muradlı, Hişkədərə kənd tam orta məktəbinin şagirdi Ruqiyyə Xansuvarova, “Viləş” uşaq bağçasının yetirmələri Müslüm Şükürov və Rza Zahidov diplomla mükafatlandırılıb.

Onlayn müsabiqədə 8-10 yaşlı uşaqlar arasında birinci yeri Masallı şəhər 3 nömrəli tam orta məktəbin şagirdi Aysun Manaflı, ikinci yeri Yeddioymaq kənd tam orta məktəbin şagirdi Mədinə Quliyeva, üçüncü yeri Mololon kənd ümumi orta məktəbin şagirdi Yaxşıxanım Axundova tutub. Bu yaş qrupunda müsabiqədə fərqləndiyinə görə isə Yeddioymaq kənd tam orta məktəbin şagirdi Ramal Quliyevə, Qəzvinoba kənd ümumi orta məktəbin şagirdi Rəsul Kazımova diplomlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.