REGİONLAR


Milli Qurtuluş Günü xalqımızın tarixinə yeni dövrün başlanğıcı kimi daxil olub

Astara, 14 iyun, Bağır Əliyev, AZƏRTAC

1993-cü ilin 15 iyun günü xalqımızın mübarizələrlə dolu şanlı tarixinə yeni dövrün başlanğıcı kimi daxil oldu. Bu gün Azərbaycanda müstəqil dövlətçilik ənənələri formalaşıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Astara şəhərindəki Heydər Əliyev Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş “Xalqımızın tarixinə qızıl hərflərlə yazılan 15 iyun - Milli Qurtuluş Günü” mövzusunda tədbirdə səsləndirilib.

Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, “Azərbaycan xalqının Milli Qurtuluş Günü” filmi nümayiş olunub.

Toplantıda Heydər Əliyev Mərkəzinin fondunun baş mühafizi Elza Kazımovanın mövzu ilə bağlı məruzəsi dinlənilib.

Qeyd olunub ki, görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçi Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Heydər Əliyev dühasının xidmətləri olan bu nailiyyətlər Azərbaycan xalqının müstəqilliyini məhv olmaqdan qurtardı və bu müstəqilliyi daimi, əbədi, sarsılmaz, dönməz etdi.

Diqqətə çatdırılıb ki, bu gün Prezident İlham Əliyev Ümummilli Liderin siyasi xəttinə sadiq qalaraq müstəqil ölkəmizin xoşbəxt gələcəyini təmin etmək üçün böyük işlər görür.

Astara Rayon İcra Hakimiyyətinin ictimai–siyasi humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mirzəli Bayramov, Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi İlyas Məmmədov, Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının məsləhətçisi Rübabə Bağırova ölkəmizdə siyasi, sosial-iqtisadi sahələrdə qazanılan uğurlardan danışıblar.

Sonda tədbir iştirakçıları Mərkəzin fondunda saxlanılan xalçalara, fotoşəkillərə, toxuculuq və rəssamlıq dərnəklərinin üzvlərinin əl işlərindən ibarət sərgiyə baxıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.