CƏMİYYƏT


Oğurluq etdiyinə görə tutulan şəxsin digər cinayət əməlləri də müəyyən olunub

Bakı, 11 oktyabr, AZƏRTAC

Sumqayıtda oğurluq etdiyinə görə tutulan şəxsin digər cinayət əməlləri də müəyyən olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oğurluq etdiyinə görə tutulan C.Mustafayev ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun şəhər ərazisindəki bir çay evindən pul və naqil, dönərxanadan pul və mobil telefon, bərbərxanadan kombi hissələri, iki kafedən pul, pivə aparatının mis materialdan olan ehtiyat hissələri, suqızdırıcı oğurlaması və bir mağazanı yandırması da müəyyən edilib.

Faktla bağlı şəhər polis idarəsi tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.