İDMAN


Okon və Afrikanın ən yaxşı futbolçusu virtual Formula 1-ə qoşulacaqlar

Bakı, 21 may, AZƏRTAC

"IndyCar" və Formula E-dən fərqli olaraq virtual Formula 1 seriyası real peloton pilotlarının hətta yarısını bir yerə toplaya bilmir. Komandalar sükan arxasına ya gənc test-pilotları, ya da idmanın başqa növləri ilə məşğul olan məşhurları otuzdururlar.

AZƏRTAC "motosport.com"a istinadla xəbər verir ki, amma pelotonun heyəti tədricən əvvəlki vəziyyətinə qayıdır. Yaxın günlərdə keçiriləcək Qran-Priyə Esteban Okon qoşulacaq. O, həmişə fəal simreyser olub, evində yeni simulyator qoyandan sonra isə qarşıdakı yürüşdə iştirak edib Şarl Lekler, Aleks Elbon, Antonio Covinatsi, Corc Rassel və Nikolya Lətifi ilə rəqabət apara bilər.

Okonun komanda yoldaşı Qabon yığmasının və Londonun "Arsenal" klubunun kapitanı, 2015-ci ildə Afrikanın ən yaxşı oyunçusu olmuş Pyer-Emerik Obameyanqdır. Bu, 30 yaşlı futbolçunun virtual çempionatda debütüdür.

Monako indiki kiberF1 mövsümündə altıncı mərhələ olacaq. Əvvəlki beş yürüşdə dörd pilot qələbə qazanıb. Quanyu Çjoudan başqa qalan pilotlar real dünya çempionatını təmsil ediblər. Şarl Lekler Corc Rasseli 13 xal qabaqlayaraq ümumi hesabda liderlik edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.