Azərbaycan Dövlət İnformasiya Agentliyi

Oksford Universitetində fəaliyyət göstərən azərbaycanlı gənc Mingəçevir Dövlət Universitetində seminar keçirib

Bakı, 21 aprel, AZƏRTAC

Aprelin 21-də Mingəçevir Dövlət Universitetində (MDU) dünyanın lider ali təhsil müəssisələrindən olan Böyük Britaniyanın Oksford Universitetinin akademik heyət üzvü, iqtisad üzrə fəlsəfə doktoru Rüstəm Cəmilov tərəfindən “Xaricdə təhsil və tədqiqat təcrübəsi” mövzusunda seminar keçirilib.

MDU-dan AZƏRTAC-a bildirilib ki, “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən seminarda universitetin əməkdaşları, tələbələri, magistrantları və doktorantları iştirak ediblər.

Seminara moderatorluq edən MDU-nun rektorunun müşaviri Hamiz Mahmudov, ilk növbədə, dəvəti qəbul edib universitetin tələbə və müəllim kollektivi ilə görüşə gəldiyi üçün R.Cəmilova təşəkkürünü bildirib və qonağı iştirakçılara təqdim edib. Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarının dövlət tərəfindən dəstəklənməsindən söhbət açan rektorun müşaviri, bununla bağlı həyata keçirilən müvafiq dövlət proqramlarını diqqətə çatdırıb. Məhz dövlətin bu istiqamətdə yaratdığı imkanlar sayəsində R.Cəmilovun bakalavriat, magistratura və doktorantura təhsilini Avropanın nüfuzlu universitetlərində (İtaliyanın Bokkoni Universiteti, London İqtisadiyyat Məktəbi və London Biznes Məktəbi) aldığı vurğulanıb və hazırda dünya reytinqlərində ilk sıralarda yer alan Oksford Universitetində azərbaycanlı gəncin akademik və elmi fəaliyyət göstərməsinin qürurverici olduğu qeyd edilib. Görüşün iştirakçılar üçün faydalı olacağına və məhsuldar müzakirələrin aparılacağına inandığını söyləyən moderator seminarın işinə uğurlar arzulayıb.

Dəvətə və səmimi görüşə görə universitet rəhbərliyinə təşəkkürünü bildirən seminarın məruzəçisi R.Cəmilov son dövrdə modernləşmə yolunda mühüm addımlar atan MDU-nun kollektivi ilə bir arada olmaqdan məmnunluğunu bildirib və “Xaricdə təhsil və tədqiqat təcrübəsi” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda R.Cəmilov təhsil aldığı və çalışdığı dövrlərdə xarici universitetlərdə tədris və tədqiqat fəaliyyətləri ilə bağlı əldə etdiyi təcrübələrini bölüşüb.

Tədqiqat prosesinin məqsədlərindən, elmi məqalələrin yazılması və beynəlxalq nüfuzlu iqtisadi və maliyyə jurnallarında dərc edilməsindən danışan R.Cəmilov nüfuzlu nəşrlərə elmi məqalələrin göndərilməsi və qəbul olunmasınadək keçilən bütün mərhələlərdən və bununla bağlı diqqət yetiriləsi amillərdən bəhs edib.

Tədqiqat işlərinin tətbiqiliyinin yüksək səviyyədə olması üçün başlıca prinsiplər barədə məlumat verən məruzəçi yeni empirik əlaqənin qurulmasının, verilənlər (data) bazasının, arxiv işi və rəqəmsallaşmanın, kartoqrafiya və coğrafi təhlilin, həqiqi və kvazi təbii eksperimentlərin, çoxölkəli və çoxillik faktların və nəticələrin önəmini diqqətə çatdırıb.

Tədqiqatın müasir metodları və alətlərindən danışan R.Cəmilov müxtəlif beynəlxalq institutların akademik heyət üzvləri ilə əməkdaşlığın əhəmiyyətindən, birgə məqalələrin yazılmasından və bu məqsədlə beynəlxalq təcrübədə tətbiq olunan əmək bölgüsündən bəhs edib.

Məlumatların (dataların) alınması, tədqiqatçıların işə götürülməsi və elmi konfranslarda iştirakın müvafiq vəsaitlər tələb etdiyini bildirən məruzəçi bu baxımdan qrantların rolu, tədqiqatlar üçün qrant ayıran beynəlxalq və regional təşkilatlar, qrant layihəsinin ideyası qarşısında qoyulan tələblər barədə məlumat verib, praktiki nümunələr göstərib və ölkəmizlə bağlı bir sıra tədqiqat ideyalarını təklif edib.

İştirakçılar tərəfindən böyük maraqla qarşılanan seminarda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb. Faydalı təqdimata görə məruzəçiyə və göstərilən dəstəyə görə universitet rəhbərliyinə təşəkkürünü bildirən seminar iştirakçıları gələcəkdə bu tipli görüşlərin davamlı keçirilməsini arzulayıblar.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da təhsil alanların və təhsil verənlərin hərtərəfli inkişafı, tədris və tədqiqat fəaliyyətlərinin keyfiyyətinin davamlı yüksəldilməsi diqqət mərkəzində saxlanılır və bu məqsədlə qabaqcıl xarici universitetlərin təcrübəsinin öyrənilməsinə xüsusi önəm verilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb

Cəbrayılda mina partlayıb, 1 nəfər xəsarət alıb

® “Yango Group”un biznesin inkişafı üzrə direktoru: Bu gün regionda 20 milyondan çox insan məhsullarımızdan istifadə edir

“Azərkosmos” peyk və 5G texnologiyalarının inteqrasiyası ilə bağlı vörkşop təşkil edib

“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb

“Zəfər yolçuları”: Qəhrəmanlıq dastanını gələcək nəsillərə daşıyan yeni nəşr

Azərbaycanda 150 kilovatdan yuxarı bərpaolunan enerji layihələrinin inkişafı üçün yeni layihəyə start verilib

Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb

Azərbaycan Kubokunda daha üç oyun keçirilib

Aygün Attar: Azərbaycan beynəlxalq münasibətlərdə təşəbbüskar aktor kimi mövqeyini gücləndirir

BƏƏ Qəzzada 600 min insanın su təminatına dəstək olub

“AzerGold”un rəhbəri “Yüksəliş”in qalibi ilə fəaliyyətin səmərəli planlaşdırılmasına dair təcrübəsini bölüşüb

Mərakeşdə Fəs Sufi Mədəniyyəti Festivalı təşkil olunacaq

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı genişlənir - ŞƏRH

Azərbaycan-Mərkəzi Asiya münasibətlərində keyfiyyətcə yeni mərhələ formalaşır - ŞƏRH

Azərbaycan və Gürcüstan iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini nəzərdən keçirib

Səyyar ASAN xidmət İsmayıllıda

Dövlət müəssisələrinin rəqəmsal monitorinqi” altsistemində 1113 müəssisə qeydiyyatdan keçib

MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər

Dövlət İdarəçilik Akademiyasında yeni dərslik təqdim edilib: “Davamlı inkişaf siyasəti”

Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib, 23 motoxuliqan saxlanılıb VİDEO

Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib, 23 motoxuliqan saxlanılıb VİDEO

Rumıniyalı səyyah: Şuşa qalasında olduq və bizə Qarabağın simvolu olan Xarıbülbül barədə məlumat verildi

Azərbaycanlı alim Özbəkistanda beynəlxalq konfransda məruzə edib

Fransada lisey şagirdinin şikayəti əsasında “qətlə cəhd” ittihamı üzrə araşdırma başlanıb

Ekspert: Bakının təşəbbüskar diplomatiyaya keçidi kifayət qədər ciddi strateji dəyişiklikdir

ABŞ-dən olan səyyah: Şuşa çox gözəl şəhərdir

Azərbaycan və Ermənistan nümayəndələri TRIPP layihəsi çərçivəsində elektrik xətləri ilə bağlı məsələləri müzakirə ediblər

Orta Dəhlizin inkişafı Mərkəzi Asiya ölkələrinin Avropa ilə iqtisadi əlaqələrini genişləndirir - ŞƏRH

Ekspert: Azərbaycan və Mərkəzi Asiya arasında əməkdaşlıq vahid regional platformaya çevrilir

Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb

Mərakeşdə VIII Beynəlxalq Aviasiya Sərgisi keçirilir

“Sabah”ın sabiq futbolçusu: Messidəki bacarıqları sonra heç bir oyunçuda görmədim

Dünəndən sabaha: Azərbaycan gəncliyinin tarixi missiyası

Üçüncü rübdə Energetika Nazirliyi tərəfindən 149 icazə verilib

Tramp administrasiyası iş icazələri üçün əcnəbi tələbələrdən 70 min dollar almağı planlaşdırır

Beynəlxalq səyyahlar Şuşada YENİLƏNİB VİDEO

Beynəlxalq səyyahlar Şuşada YENİLƏNİB VİDEO

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində informasiya sistemlərinin fəaliyyətində yaranmış fasilələrin səbəbi açıqlanıb

Londondakı yeganə Azərbaycan restoranından REPORTAJ

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq

Kanadalı yazıçı Enn Karson ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü YENİLƏNİB

Rusiya ordusu Kramatorskda avtobusu vurub: 33 nəfər həlak olub

Şohin Talbakzoda: İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu mühüm platformaya çevrilib

Cənubi Koreya ilk hipersəs raketini uğurla sınaqdan keçirib

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb

Mərkəzi Asiya ilə logistika əməkdaşlığının genişlənməsi Azərbaycanın Orta Dəhlizdə rolunu daha da gücləndirəcək - ŞƏRH

Dizayner Aynur Xəlilova “Filtrsiz” podkastının qonağı olub VİDEO

Dizayner Aynur Xəlilova “Filtrsiz” podkastının qonağı olub VİDEO

Bakıda itkin şəxslərin ekspertizası, molekulyar genetikası və DNT əsaslı identifikasiyası üzrə müzakirələr aparılıb VİDEO

Bakıda itkin şəxslərin ekspertizası, molekulyar genetikası və DNT əsaslı identifikasiyası üzrə müzakirələr aparılıb VİDEO

Müstəqil media adı altında dezinformasiya: təsadüf, yoxsa məqsədli qərəz?

“Bakıya uçuş. İncəsənət həftəsonu” festivalının qonağı Canq Ci ilə MÜSAHİBƏ

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığında media əməkdaşlığının rolu vurğulanıb

GDU-da şəhid məzun Fərman Əsədlinin adına auditoriya yaradılıb

Media: Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsində həyat normal axarına qayıdır

Müdafiə Nazirliyi: Türkiyə hərbi güc və vasitələrinin Səudiyyə Ərəbistanına göndərilməsi istiqamətində tədbirlər görüb

Milli Kitabxanada Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb

Böyük Britaniya Şərqi Qüdsdəki konsulluğundan diplomatlarını çıxarır

“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb

Dmitri Peskov: MDB Zirvə görüşündən sonra Xəzər ekoloji sammiti keçiriləcək

Ədəbiyyat üzrə Nobel mükafatına əsas namizədlərin adları açıqlanıb

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub VİDEO

Kolumbiya nümayəndəsi: İtkin düşmüş şəxslərin axtarışı etimadın yaradılmasına xidmət edən konkret vasitəyə çevrilə bilər VİDEO

Kolumbiya nümayəndəsi: İtkin düşmüş şəxslərin axtarışı etimadın yaradılmasına xidmət edən konkret vasitəyə çevrilə bilər VİDEO

“Arsenal”ın futbolçusu 3 göstərici üzrə Ginnesin Rekordlar Kitabına düşüb

“Azərbaycanda alman izləri - ortaq tarix” - Berlində təqdimat

Çindən Azərbaycana dəmir yolu ilə daşınan blok-qatarların sayı 40 faiz artıb

“Azərkosmos” Beynəlxalq Kosmik Hüquq İnstitutu ilə memorandum imzalayıb

Dünya səyyahı: Qarabağda müasir inkişaf və qədim tarixin vəhdətini görürük VİDEO

Dünya səyyahı: Qarabağda müasir inkişaf və qədim tarixin vəhdətini görürük VİDEO

Azərbaycanın Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı səylərin əlaqələndirilməsində mühüm rol oynayır

“Asos” milyonlarla müştərinin məlumatlarının oğurlandığını açıqlayıb

Avropa Parlamentində Gürcüstanla bağlı fikir ayrılığı yaranıb

Fatih Birol: İndiyədək strateji neft ehtiyatlarından 325 milyon barel bazara çıxarılıb

Qətərin şimalında neft tankeri vurulub, xəsarət alanlar var

Diyeqo Qayol: Meksika Azərbaycanla insan identifikasiyası sahəsində əməkdaşlığı məmnunluqla qarşılayar

Azərbaycan və Mərkəzi Asiya ölkələri regional təhlükəsizliyi təmin etmək əzmindədir

Məhkəmə: Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir

Mahnur Fatalıyeva: Nə xoş ki, mən qarabağlıyam və Xocalıdayam

Sərdar Berdiməhəmmədov: Altıtərəfli format yeni əhəmiyyətli imkanlar açır

Cəmilə Bayramova: Mürəkkəb nümunələrin genetik identifikasiyası peşəkar yanaşma tələb edir

DİM-lərin icrasında Azərbaycan təcrübəsi: 10 illik fəaliyyət və qlobal çağırışlar

Malayziyalı professor: Bu gün Qarabağ azadlığın nemətindən bəhrələnir VİDEO

Malayziyalı professor: Bu gün Qarabağ azadlığın nemətindən bəhrələnir VİDEO

Ultramarafonun ilk mərhələsinin qalibi qələbə təəssüratlarını bölüşüb VİDEO

Ultramarafonun ilk mərhələsinin qalibi qələbə təəssüratlarını bölüşüb VİDEO

Azərbaycanın idarəetmə imzası: dünya üçüncülüyündən beynəlxalq təcrübə mübadiləsinə - ŞƏRH

® Dəmiryol işçilərinə minimum 0 faiz komissiya ilə 100 min manatadək kredit

Sabah yağış yağacaq, bəzi yerlərdə duman olacaq

İşçi hüquqları və layiqli əmək şəraiti - GDU-da görüş

Xocalı və Xocavənddə səyyar aqrar xidmətlər göstərilib

Şavkat Mirziyoyev: Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır