Prezident İlham Əliyev: Azərbaycan ilə Çin arasında əla münasibətlər var
Bakı, 3 may, AZƏRTAC
Azərbaycan ilə Çin arasında əla münasibətlər var. Si Cinpinin məni Çinin yaxşı dostu adlandırması əməkdaşlığımızın səviyyəsini nümayiş etdirməyə kifayətdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda konfransda çıxışında söyləyib.
Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərin normallaşdırılması məsələsinə toxunan dövlətimizin başçısı deyib: “Səudiyyə Ərəbistanı bizim üçün qardaş ölkədir və bu ölkə ilə gözəl münasibətlərimiz var. Onlar bizə görə Ermənistanla diplomatik münasibətlər qurmayıb və bunun böyük əhəmiyyəti var. İran isə bizim qonşumuzdur və biz orada sabitlik və proqnozlaşdırıla bilinən vəziyyətin olmasının istəyirik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.08.2026 [15:58]
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək - SƏRƏNCAM
- 20.08.2026 [12:38]
Azərbaycanın rayonlarında yağıntılar sabah gündüz tədricən kəsiləcək
- 20.08.2026 [12:05]
“Dreamland Baku”: Bir məkanda istirahət, əyləncə və qolf VİDEO
- 20.08.2026 [09:59]
Konfrans Liqası: “Qarabağ” bu gün səfərdə Niderland klubu ilə qarşılaşacaq
- 20.08.2026 [01:00]