SİYASƏT


Prezidenti İlham Əliyev: Azərbaycan İran İslam Respublikası ilə əlaqələrə çox böyük önəm verir

Bakı, 28 noyabr, AZƏRTAC

Azərbaycan İran İslam Respublikası ilə əlaqələrə çox böyük önəm verir.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşündə söyləyib.

Azərbaycan Prezidenti deyib: “Bizim xalqlarımız qardaş xalqlardır. Əsrlər boyu bir yerdə yaşamışıq. Qohumluq əlaqələri də kifayət qədər genişdir. Xalqlarımızı ortaq tarix, ortaq mədəniyyət birləşdirir. Bu, çox gözəl zəmindir. Biz bu zəmin üzərində ikitərəfli əlaqələrin müasir tarixini yazırıq”.

Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, bu görüş İran-Azərbaycan əlaqələrinin inkişafına çox güclü təkan verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.