Qanunsuz ov edən şəxslər cəzalandırılıb
Bakı, 6 dekabr, AZƏRTAC
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Lənkəran rayonu akvatoriyasında, Kür çayında və Mingəçevir su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov AZƏRTAC-a bildirib ki, araşdırma zamanı brakonyerlərin Lənkəran rayon sakini Sənail Qənbərov, Qazax rayon sakini İntiqam Hüseynov, Mingəçevir şəhər sakini Bayram Mustafayev və Goranboy rayon sakini Rəcəb Abbasov olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
“Ayrı-ayrı inzibati rayonların ərazilərində ov qaydalarını pozduqlarına görə Yevlax rayon sakini Hüseyn Abdullayev və Bakı şəhər sakini Emil İsmayılov saxlanılıb. Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.08.2026 [15:14]
Sabah axşamdan külək tədricən zəifləyəcək - PROQNOZ
- 20.08.2026 [12:38]
Azərbaycanın rayonlarında yağıntılar sabah gündüz tədricən kəsiləcək
- 20.08.2026 [12:38]
NOAA: El-Nino hadisəsinin rekord həddə çatma ehtimalı yüksəkdir
- 19.08.2026 [16:45]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib
- 19.08.2026 [15:28]
Həftəsonunadək gözlənilən hava şəraiti açıqlanıb
- 19.08.2026 [14:29]
Bəzi dağ çaylarından qısamüddətli sel keçəcək -XƏBƏRDARLIQ
- 19.08.2026 [12:51]