CƏMİYYƏT


Qarabağ Dirçəliş Fondu tərəfindən “LANDAU School”a “İanə sertifikatı” təqdim olunub

Bakı, 14 mart, AZƏRTAC

“LANDAU School” Qarabağ Dirçəliş Fonduna (QDF) 15 min 530 manat məbləğində ianə edib.

Fonddan AZƏRTAC-a bildiriblər ki, ianə olunan məbləğ “LANDAU School” Tədris Kompleksində Zəfər Günü ilə əlaqədar “Bake to donate” (“İanə etmək üçün bişirin”) xeyriyyə yarmarkasında şagirdlərin müxtəlif təamların satışını həyata keçirməsi ilə toplanıb.

Qeyd edilib ki, QDF-in fəaliyyətində erməni işğalı nəticəsində Qarabağa dəyən zərər barədə gənclər arasında maarifləndirmə işlərinin aparılması, onların bu istiqamətdə görülən işlərə cəlb olunması xüsusi yer tutur. Məhz bu baxımdan belə təşəbbüslər olduqca mühüm əhəmiyyət kəsb edir. Qarabağın dirçəlişi kimi mühüm bir missiya ətrafında birləşmək, işğaldan azad edilən ərazilərin bərpası və inkişafı istiqamətində görülən işlərə dəstək olmaq məqsədilə irəli sürülən belə təşəbbüslər həmrəyliyin təzahürüdür. Edilən ianələr işğaldan azad olunan ərazilərin bərpası və yenidənqurulması istiqamətində həyata keçirilən tədbirlərə yönəldilir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağın dirçəlişi, yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə dəstək vermək, bərpa prosesini sürətləndirmək hər birimizin borcu, ümumxalq işidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.