MƏDƏNİYYƏT


“Qarabağın səsi” layihəsi təqdim edilib VİDEO

Bakı, 12 sentyabr, AZƏRTAC

İşğal olunan torpaqlarımızla bağlı vətənpərvər ruhunda hazırlanan layihələr sırasına daha biri də əlavə olunub.

AZƏRTAC xəbər verir ki, Müdafiə Nazirliyinin dəstəyi ilə ərsəyə gələn “Qarabağın səsi” layihəsinin ideya müəllifi nəğməkar şair Cəlal Qurbanov, layihənin rəhbəri isə jurnalist Mintac Elsevərdir. Layihənin koordinatoru Mehrab Dadaşovdur. Ekran işini digərlərindən fərqləndirən cəhət onun “Çahargah” muğamının “Mayeyi-Çahargah”, “Bəstə-Nigar”, “Müxalif”, “Mənsuriyyə”, “Üzzal” şöbələrində ifa olunması, mahnıda səslənən silah səslərinin isə əslində zərb alətlərində ifa olunmasıdır. Mahnının sözləri Cəlal Qurbanova, aranjemanı isə Əməkdar artist Əliağa Sədiyevə məxsusdur.

Klipdə Xalq artisti Nurəddin Mehdixanlı ilə yanaşı, muğam müsabiqəsinin qalibləri və iştirakçıları yer alıblar.

Ekran işinin rejissorluğu isə Cəlal Kəngərliyə həvalə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.