Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qaradağlı faciəsindən 30 il ötür

Ağdam, 17 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC

Ermənilərin Qarabağda Azərbaycan xalqına qarşı həyata keçirdikləri qanlı cinayətlərdən biri də Qaradağlı faciəsidir. 1992-ci il fevralın 17-də törədilən Qaradağlı faciəsi, əslində, bir günün, bir gecənin hadisəsi deyil, iki yüz ilə yaxın müddətdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı davamlı olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı idi.

XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilər “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə ərazi iddiaları irəli sürdülər. Yerevanda və ermənilərin Qərbdə olan himayədarları tərəfindən hazırlanmış plana uyğun olaraq 1988-ci ilin əvvəllərindən etibarən Dağlıq Qarabağın iqtisadi geriliyi pərdəsi altında vilayətin Ermənistana birləşdirilməsi üçün Xankəndidə və Yerevanda tətillər keçirilir, mitinqlər təşkil edilirdi. Vəziyyət getdikcə daha da gərginləşir, Qarabağın dağlıq hissəsində azərbaycanlı əhaliyə qarşı təzyiqlər, təqiblər, silahlı hücumlar təşkil edilirdi. Əsas məqsəd azərbaycanlıları Dağlıq Qarabağdan sıxışdırıb çıxarmaq idi. 1991-ci ilin sonları - 1992-ci ilin əvvəllərində Qarabağda vəziyyət daha da ağırlaşdı. Erməni silahlıları Qarabağın dağlıq hissəsində azərbaycanlılar yaşayan kənd və qəsəbələri mühasirəyə alaraq bir-birindən təcrid edir, daha sonra işğal edərək, dinc əhaliyə divan tutur, evləri, təsərrüfatları qarət edərək yandırırdılar. 1991-ci ilin noyabr - 1992-ci ilin fevral aylarında Cəmilli, Kərkicahan, Quşçular, Malıbəyli, Meşəli, Qaradağlı kəndlərinin işğalı zamanı erməni silahlı dəstələri dinc əhaliyə qarşı hərbi cinayətlər törətmişdilər.

Qarabağ müharibəsində Xocavənd rayonunun ən çox faciəyə düçar olan, ağrı-acı yaşayan kəndlərindən biri Qaradağlıdır. Qaradağlı kəndi Xocavənd rayon mərkəzindən 13 kilometr qərbdə, Xocavənd-Xankəndi avtomobil yolunun kənarında, dağətəyi ərazidə yerləşir. 1988-ci ildə Dağlıq Qarabağda erməni separatçılar baş qaldırdığı andan Xocavənd rayonunun Qaradağlı kəndinin də faciəli günləri başlandı. Kəndin sakinləri böyüyüb boya-başa çatdıqları doğma yurdun hər qarışı, hər daşı uğrunda mübarizəyə qalxdı, onlarla kənd sakini ermənilərə qarşı qeyri-bərabər döyüşlərdə şəhid oldu.

1990-cı il noyabrın 24-də 3 nəfər kənd sakini Xocavənd-Xankəndi yolunun 6 kilometrliyində erməni quldurları tərəfindən vəhşicəsinə qətlə yetirildi. 1991-ci il yanvarın 9-da kəndə gələn UAZ markalı avtomobil ermənilər tərəfindən atəşə tutuldu, bir nəfər öldürüldü, 4 nəfər yaralandı. Onlardan 2-si sonralar aldığı yaralardan dünyasını dəyişdi. Ermənilər 1991-ci il martın 8-də kəndin yaxınlığında 2 nəfəri vəhşicəsinə qətlə yetirdilər. Həmin il iyunun 28-də kəndin 3 kilometrliyindəki fermada 6 sakin - 3 kişi və 3 qadın diri-diri yandırıldı. 1991-ci il sentyabrın 8-də Ağdamdan Qaradağlıya gələn sərnişin avtobusu Xocavənd-Xankəndi yolunun 5-6 kilometrliyində erməni quldurları tərəfindən atəşə tutuldu. Avtobusdakı 40 nəfərə yaxın sərnişindən 2 oğlan, 6 qadın həlak oldu. 1992-ci il yanvarın 8-də kəndin yaxınlığında daha bir azərbaycanlı vəhşicəsinə qətlə yetirildi, 100-ə yaxın qoyun ermənilər tərəfindən qənimət kimi aparıldı.

1992-ci il fevral ayının 14-də erməni quldurları xarici muzdluların, xüsusilə Xankəndidə yerləşən sovet ordusunun 366-cı alayının texnikasından və canlı qüvvəsindən istifadə etməklə əlaqəsi hər tərəfdən kəsilən, köməksiz qalan Qaradağlı kəndinə hücuma keçdilər. Kənddə olan 104 sakin və 14 əsgər sonuncu gülləyə qədər 4 gün düşmənlə mübarizə apardı. Döyüşlərdə biri qadın olmaqla, 14 nəfər həlak oldu. Silah-sursatı tükənən soydaşlarımız sonda ermənilər tərəfindən əsir və girov götürüldülər, onların növbəti məşəqqətləri başlandı.

Kəndin Bəylik bağı adlanan yerində 23 sakin erməni cəlladları tərəfindən güllələndi, əksəriyyəti silos quyusunda yaralı halda diri-diri basdırıldı. Sakinlərin bir hissəsi Qaradağlı-Xankəndi yolu üzərində yerləşən erməni kəndlərində maşınlardan düşürülərək güllələndi. İki nəfər Zəki bulağında, 2 nəfər Cəmiyyət kəndində öldürüldü. Girovluqda olan 8 nəfər kənd sakininə ermənilər əzab və işgəncələr verərək onları amansızlıqla qətlə yetirdilər. Dörd nəfər müxtəlif dövrlərdə şəhid oldu. Beş nəfərin taleyi bu günə qədər məlum deyil.

Beləliklə, erməni işğalçılarına qarşı 4 il qəhrəmanlıqla mübarizə aparan Qaradağlı kəndi 1992-ci il fevralın 17-də işğal edilərək yandırılıb, dinc əhaliyə qarşı soyqırımı həyata keçirilib. İşğal zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər güllələnib. Erməni cəlladlar öldürülənləri və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək torpaqlayblar. Ümumilikdə əsir və girov götürülənlərdən 68 nəfəri öldürülüb, 50 nəfəri böyük çətinliklərlə azad edilib. Girov götürülənlərdən 10 nəfəri qadın, 2 nəfəri məktəbli olub. Azad olunanların 5 nəfəri qadınlar olmaqla 18 nəfər aldıqları sağalmaz yaralardan sonralar vəfat edib. Əsirlikdə saxlanılanlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranılması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin çəkilməsi, ac-susuz saxlanmaları, döyülərək öldürülmələri insanlığa qarşı törədilmiş cinayət hadisəsi idi. Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi soyqırımı cinayəti nəticəsində Qaradağlı kəndində iki ailənin hər birindən 4 nəfər qətlə yetirilib, 43 ailə öz başçısını itirib, 146 uşaq yetim qalıb. Qaradağlıya Ermənistan silahlı qüvvələrinin həmlələri zamanı qətlə yetirilənlərdən 10-u qadın, 8-i məktəb yaşlı uşaq olub. Qaradağlı kəndində 91 nəfər, kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər, azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələr və qəbiristanlıq dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb.

Qaradağlı kənd sakini Məhəmmədəli Bayramov 1990-cu ildən başlayaraq ermənilərin silahlı hücumlar etdiyini bildirib: “Ermənilər kəndə mebel satmağa gələn 3 nəfəri öldürdülər. Sonra kəndin yaxınlığındakı mal fermasında 1 nəfəri yaraladılar. 1991-ci ildə həm kəndi, həm də mal fermasını atəşə tutmağa başladılar. Biz fermaya gedəndə gördük ki, aralarında qadınlar da olmaqla 6 nəfəri yandırılıb. Kəndin mal-qarasını kənara çıxan kimi aparırdılar. 1992-ci ildə vəziyyət daha da gərginləşmişdi. Kənd sakinləri mənə dedilər ki, gedim kömək gətirim. Əvvəlcə Ağdama qərargaha gəldim. Artıq Malıbəyli kəndi də işğal edilmişdi. Qaradağlıdakı qadınları, uşaqları və qocaları çıxartmaq üçün vertolyota ehtiyac var idi. Vertolyot istəmək üçün Gəncəyə getdik. Oradan da əliboş qayıtdıq. Özünümüdafiə dəstələri və polislərlə birgə Ağdamdan Xocavənd istiqamətində yarıb keçmək istəyimiz də alınmadı. Gülablı kəndindən meşə ilə Qaradağlıya doğru gedəndə həmkəndimizlə - Vidadi Hüseynovla qarşılaşdıq. Dedi ki, kənd işğal edildi. Tək o qaça bilib. Camaatı Xankəndi tərəfə aparıblar... Ermənilər kəndimizin sakinlərinə qarşı dəhşətli cinayətlər törətdilər. Bizim ailədən də 4 nəfər - atam, qardaşım, bacım qətlə yetirildi, bir qardaşım itkin düşdü...”

Kənd sakini Məlahət Tağıyeva: “Qaradağlı bizim yaralı, ağrılı yerimizdir. Camaatımız çox əziyyətlərə, zülmlərə məruz qalıb. Demək olar ki, kənddə hər bir ailə faciə ilə üzləşib. Qaradağlıda atamı, qardaşımı, qardaşımın oğlunu, dayımı, qayınımı, əmilərimi, əmim oğlanlarını itirmişəm. Hamısı mənim doğmalarım idi. Mən faciə törədilməmişdən əvvəl kənddən çıxmışdım. O zaman 22 yaşım var idi. Heç yadımdan çıxmaz. Faciədən sonra əsir və girovluqdan azad olan həmkəndlilərimizdən yaxınlarımızı, itkinlərimizi soruşurduq. O insanların dedikləri bizi dəhşətə gətirirdi. İnsanlara olmazın işgəncələr veriblər, döyüblər, ac-susuz saxlayıblar, dişlərini, dırnaqlarını çıxarıblar... Bu faciəni unutmaq mümkün deyil. İstəyim odur ki, Qaradağlıya qəhrəman kənd adı verilsin”.

Faciəsinin şahidi Oruc Əliyev illər keçməsinə baxmayaraq, hələ də həmin günləri xatırlayanda dəhşətə gəldiyini bildirərək deyib: “Ermənilər fevralın 14-də kəndə hücuma keçdilər. Düşmənə inadla müqavimət göstərdik, gecə-gündüz döyüşdük. Ayın17-də gülləmiz qurtardı. Kənd sakinlərini iki “KamAZ”a yığıb apardılar. Bir hissəmizi kəndin kənarındakı “Pir” deyilən yerə qədər piyada gətirdilər. Yolda Şahmurad kişini öldürdülər. Burada “KamAZ”a mindik, Eldarı yerə düşürdülər, ağacla döyüb öldürdülər. Bəylik bağından keçəndə Tut bağının qırağında “KamAZ”ı saxladılar. Dedilər 10 nəfər düşsün. Telman özü ilə götürdüyü qumbaranı ermənilərə tərəf atdı. Düşməndən neçə nəfər öldü bilmirəm. Bizi atəşə tutmağa başladılar. Maşındakıların çoxu öldürüldü. Mən yaralanmışdım. Sonra yola düşdük. Yolda Elmdarı düşürdülər. Ondan xəbərimiz olmadı. Məni və bir neçə kənd sakinini Malıbəyli körpüsündə digər həmkəndlilərimizdən ayırıb Xankəndinə apardılar. Bizi səhərə qədər döydülər. Səhər çölə çıxanda gördüm ki, həbsxananın qabağında bizim camaat yerə yıxılıb, ermənilər də üstləri ilə ora-bura gedirlər. Bizi “KamAZ”a mindirib Əsgərana gətirdilər. Əsgəranda məşəqqətli günlərimiz başlandı. Bizə olmazın işgəncələr verdilər, döyürdülər, ac-susuz saxlayırdılar. Bir gün erməni nəzarətçisi İlqara dedi ki, üzünün bir tərəfinin tükünü səhərə kimi əllərinlə yolmasan səni güllələyəcəyəm. Səhərə qədər birimiz İlqarın üzündəki tükləri yolduq, digərimiz üfürdük... Sonra İlqarı bizdən ayırıb apardılar. İki nəfər Qaradağlı, 28 nəfər Xocalı sakini bir yerdə idik. Hər gün bizi aparıb döyürdülər. Xocalı işğal olunandan 3 gün sonra məni növbəti dəfə döyməyə apardılar. Qaytaranda qaldığım kameraya deyil, xocalılıların saxlanıldığı kameraya saldılar. İçəri Xocalı sakinləri ilə dolu idi. Ermənilər tez-tez gəlir, qapını açıb bıçaqla, tapança ilə içəridəkiləri öldürürdülər. Səhərə qədər o qədər adamdan 4 nəfəri sağ qalmışdı, hamısını öldürmüşdülər. Bizimkilər Ağdamdan Əsgərana hücum etmişdilər. Ermənilər Əsgəranı tərk edirdilər, bizi Noragah kəndinə aparıb anbarın zirzəmisinə saldılar. Ermənilər mənim də, digər girovların da qızıl dişlərini kəlbətinlə çıxardı. 43 gün orda qaldıq. Suyun içində saxlayırdılar, döyürdülər, işgəncələr verirdilər. Xocalı sakinlərindən neçəsi acından, soyuqdan, döyülməkdən dünyasını dəyişdi... Bu gün sağam, yaşayıram, amma əsirlikdə çəkdiklərim, o müdhiş günləri, əzab-əziyyəti ağır yük kimi özümlə daşıyıram”.

Qaradağlı faciənin dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə Xocavənd Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Azərbaycan, rus və ingilis dillərində “Soyqırımı: Qaradağlı”, Azərbaycan, rus, ingilis və fransız dillərində “Soyqırımı Qaradağlı: davam edir...” və “Qaradağlı, mübarizə” sənədli filmləri çəkilib. Ermənistan silahlı qüvvələrinin Qaradağlı kəndində törətdiyi soyqırımı ilə bağlı garadaghli.org internet saytı və “Qaradağlı Soyqırımı şahidlərin dili ilə” kitabı hazırlanıb. Bundan başqa şəhidlərin xatirəsini əbədiləşdirmək üçün Yeni Qaradağlı, Yeni Xocavənd qəsəbələrində və Nərgiztəpə ərazisində abidə kompleksləri ucaldılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Livan Prezidenti: İsraillə danışıqlar xətti müstəqildir

Milli ruhun tərcümanı: 95 yaşlı Xalq Çalğı Alətləri Orkestrindən musiqi ziyafəti

Yousef Aldobeay: Azərbaycanın ev sahibliyi edəcəyi 16-cı İslam Sammiti mühüm hadisələrdən biri olacaq

ABŞ konqresmeni Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

® Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edib

Siyasi şərhçi: Azərbaycan qlobal təhlükəsizliyə töhfə verən əsas aktorlardan biridir

Avropa Parlamenti geni modifikasiya olunmuş bəzi bitkilər üçün tələbləri yumşaldır

Media: Son müharibə dövründə İran aviasiya donanmasının bir hissəsini xarici ölkələrə köçürüb

Azərbaycan-Türkiyə əməkdaşlığı regional sabitlik və qlobal tərəfdaşlığın gücləndirilməsində strateji nümunədir - ŞƏRH

AHİK tədbirində əmək hüquqları və insan haqlarının müdafiəsi diqqət mərkəzində olub

Norveçdə vəhşi qızılbalıq populyasiyaları təhlükə altında qalır

Orxan Məmmədov: “Made in Azerbaijan” brendi beynəlxalq bazarda özünə yer tapıb

Azərbaycan ilə UNESCO Baş Konfransı arasında əməkdaşlıq məsələləri müzakirə edilib

YAP ilə Kamboca Xalq Partiyası arasında əməkdaşlıq genişləndirilir

Qazaxıstanda antiterror təlimləri keçiriləcək

Azərbaycan və OPEC Beynəlxalq İnkişaf Fondu iqtisadi tərəfdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirir

“Azərbaycan Dəmir Yolları” ilə Asiya İnfrastruktur İnvestisiya Bankı logistika sahəsində əməkdaşlığı genişləndirir

Məhkumun həbs olunmamışdan əvvəl gizlətdiyi silah-sursat aşkar edilib – BİRGƏ MƏLUMAT

Ukraynanın Dnepropetrovsk vilayətinin daha 23 yaşayış məntəqəsində məcburi təxliyə elan edilib

AZAL: İyun ayının ilk yarısında Naxçıvana 47 mindən çox sərnişin daşınıb

Azərbaycan səhiyyəsi sosial dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi inkişaf edir – RƏY

Aİ Ebola ilə mübarizəyə 493 milyon avro ayıracaq

Mirnuh İsmayılov: Azərbaycan ərazisinin 60-65 faizi müxtəlif səviyyələrdə səhralaşma dərəcəsinə məruz qalıb

Nazir müavini: Biznesdə yeni texnologiyaların tətbiqi vacib məsələlərdən biridir

Gənclər Kitabxanasının direktoru: Səməd Vurğun irsinin süni intellektlə təqdimatı planlaşdırılır

Yeni Dövlət Proqramı aqrar sektorda məhsuldarlıq, ixrac və ərzaq təhlükəsizliyi üzrə yeni mərhələnin əsasını qoyur - ŞƏRH

BDU-nun iki jurnalı “Web of Science Core Collection” bazasında ilk onluqda yer alıb

Zelenski: Fransada keçirilən G7 sammitinin Ukrayna üçün mühüm nəticələri olub

Aslan Cəfərov: Gənclər Kitabxanasında Səməd Vurğunun söz xəzinəsi yenidən canlanır

Norveçin vəliəhd şahzadəsinə uğurlu ağciyər transplantasiyası edilib

“Psixiatriya yardımı haqqında” Qanuna dəyişikliklər parlamentin iclasına tövsiyə olunub

Azərbaycan Milli Məclisi ilə ABŞ Konqresi arasında münasibətlər inkişaf etdirilir

Cari ilin ilk 5 ayı ərzində Energetika Nazirliyi tərəfindən 108 icazə verilib

“Su pəhrizi” ilə çəkini azaltmaq nə qədər sağlamdır?

Portuqaliya yığmasının səfiri: Qurban Qurbanov qələbə qazanmağı sevən mütəxəssisdir

DİN: 51 kiloqram narkotik vasitə və 2000 psixotrop həb dövriyyədən çıxarılıb VİDEO

DİN: 51 kiloqram narkotik vasitə və 2000 psixotrop həb dövriyyədən çıxarılıb VİDEO

Omanın Sultanı Heytəm bin Tariq Al Səiddən

® “Expressbank”ın İnternet Bankçılıq platformasında – YENİLİKLƏR

Azərbaycan və Özbəkistan arasında işgüzar əməkdaşlığa dəstək artır

Misirli nazir: İƏT-ə üzv ölkələrin infrastruktur ehtiyacları üçün maliyyə çatışmazlığı illik 290 milyard dollara çatır

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları “Dəmirli” Filiz Emalı Kompleksində görülən işlərlə tanış olublar

"Xocalı harayı" kitabının təqdimatı olub VİDEO

"Xocalı harayı" kitabının təqdimatı olub VİDEO

Materiallar Müqaviməti üzrə Respublika Olimpiadasının qalibləri mükafatlandırılıb

Nazir müavini: Azərbaycan İƏT-ə üzv 51 ölkəyə inkişaf dəstəyi göstərib

Anja Nitzsche: Süni intellektə yönəlmiş dayanıqlı maliyyələşdirmə mexanizmləri və investisiyalar gücləndirilməlidir

İİB rəsmisi: AIDA–İİB tərəfdaşlığı təşəbbüslərin real nəticələrə çevrilməsinə şərait yaradır

Konfrans Liqası: “Neftçi” və “Zirə”nin II təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib

AzMİU alimlərinin ixtirası aşağımərtəbəli binaların etibarlılığını artıracaq

Fərid Osmanov: Startaplar üçün konvertasiya edilən borc mexanizmi tətbiq ediləcək

Moldova iki beynəlxalq dənizçilik konvensiyasına qoşulacaq

Cevdet Yılmaz: Türkiyənin qarşısında Zəngəzur dəhlizi də daxil olmaqla yeni imkanlar açılır

Dövlət qulluğuna qəbul üzrə növbəti test imtahanı iyulun 5-də təşkil olunacaq

Adil Kərimli UNESCO İcraiyyə Şurasının sədri ilə görüşüb

Azərbaycanda startap investisiyaları üçün yeni hüquqi baza formalaşdırılır

İlmələrdə yaşayan ömür: Lətif Kərimov və milli irsimiz

May ayında qlobal temperatur XX əsrin orta göstəricisini bir dərəcədən çox keçib

Əyyub Quliyev: Azərbaycan musiqiçilərinin çıxışı beynəlxalq festivalda yüksək qiymətləndirilib

Müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ilk günü yekunlaşıb

Seyid Əzim Şirvaninin maarifçilik ideyaları bu gün də aktualdır

® “TuranBank” ICD ilə 15 milyon dollar həcmində niyyət bəyannaməsi imzalayıb

Şoyqu: Rusiya və Türkiyə daim qarşılıqlı məqbul həllər tapıb

Cənubi Qafqazda sabitliyin möhkəmlənməsi və Türk dünyasının inteqrasiyası regional rifah üçün geniş perspektivlər açır ŞƏRH

700-cü sahibkar “ABAD”çı adını qazanıb

Bir çox NATO ölkəsi müdafiə investisiyalarını 20 faiz artırıb

Bakıda “7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi” açılıb

Estoniyada prezident seçkiləri: fövqəladə iclasın vaxtı açıqlanıb

Türk ekspert: Şuşa Bəyannaməsi Türk dünyasında həmrəyliyin və inteqrasiyanın bələdçisidir

Fərid Osmanov: Qiymətli kağızların emissiyası prosedurlarının sadələşdirilməsi təklif olunur

Tramp: İran razılaşmanı pozsa, hərbi əməliyyatlar yenidən başlaya bilər

Uorvik Universitetinin azərbaycanlı tələbəsi: Kibertəhlükəsizlik artıq strateji prioritetdir - MÜSAHİBƏ

Mütəxəssis: Səhralaşmanın toxunmadığı materik və qitə yoxdur

Azərbaycan ilk dəfə Formula 1-in dəstəklədiyi qlobal STEM Racing proqramına qoşulub

Azərbaycan Respublikasının səhiyyə işçilərinin təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

"Qarabağ" Kevin Medina ilə yolları ayırdığını açıqlayıb

Nazir müavini: Azərbaycan dövlət-özəl tərəfdaşlığı üçün institusional bazanı gücləndirir

Səməd Bəşirli: 2020–2025-ci illər ərzində Azərbaycanda ümumi ticarət dövriyyəsi iki dəfədən çox artıb

Suriya ABŞ şirkətləri ilə qaz yataqlarının işlənməsi sahəsində müqavilə imzalayıb

Nazir müavini: Startapların maliyyələşməsi üçün yeni hüquqi alətlər qanunvericiliyə daxil edilir VİDEO

Nazir müavini: Startapların maliyyələşməsi üçün yeni hüquqi alətlər qanunvericiliyə daxil edilir VİDEO

Lyublyanada “Onların Mehdisi, bizim Mixaylo” sənədli filminin təqdimatı olub

UNEC tələbələrinin 96 faizi Aptis imtahanında uğur qazanıb

Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları Ağdərə şəhərinin Baş planı ilə tanış olublar

Bu ilin ilk 5 ayı ərzində Energetika Nazirliyinə 5600-ə yaxın vətəndaş müraciəti daxil olub

Bolqarıstan çimərlik sularının keyfiyyətinə görə Aİ-də üçüncü olub

Konstitusiya Məhkəməsi ilə İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyası arasında əməkdaşlıq genişləndirilir

Azərbaycan Dəniz Naviqasiya Avadanlıqları üzrə Beynəlxalq Təşkilatın Şurasının 4-cü sessiyasında təmsil olunub

Portuqaliya millisinin sabiq futbolçusu: Azərbaycanın yaxşı komandaları var

“Wired”: ABŞ İrana zərbələr zamanı süni intellekt sistemindən geniş istifadə edib

Azərbaycan “Mobile Connectivity Index” hesabatında 2 pillə irəliləyib

ABŞ Konqresinin nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib

“İRS” layihəsinin təqdimatı olub

Nazir müavini: Qlobal maliyyə institutları ilə fəal əməkdaşlıq Azərbaycanı regional ticarət üçün etibarlı platformaya çevirib

®  “İrşad”da yay mövsümünə özəl böyük “Yaşıl Cümə” kampaniyası start götürdü VİDEO

® “İrşad”da yay mövsümünə özəl böyük “Yaşıl Cümə” kampaniyası start götürdü VİDEO

XİN-də “İnsan Hüquqları Aylığı” çərçivəsində seminar təşkil olunub VİDEO

XİN-də “İnsan Hüquqları Aylığı” çərçivəsində seminar təşkil olunub VİDEO

Çağırışçıların yekun tibbi müayinələri hansı kateqoriyalar üzrə aparılır?

Koreya şirkətləri üçün Azərbaycanda yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib

BMU-da tələbələr üçün real sənaye təcrübəsi yaradan laboratoriya imkanları genişləndirilir

Nasaz avtomobil hüquqsuz motosiklet idarə edən gəncin həyatına son qoyub VİDEO

Nasaz avtomobil hüquqsuz motosiklet idarə edən gəncin həyatına son qoyub VİDEO

Yesil çayında “şəlalə”: Su bəndi Astanada yeni cazibə mərkəzinə çevrilib VİDEO

Yesil çayında “şəlalə”: Su bəndi Astanada yeni cazibə mərkəzinə çevrilib VİDEO

Avropa Liqası: “Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi