Rəsmi Kiyev pasport qalmaqalına görə macar diplomatı ölkədən çıxarır
Kiyev, 2 oktyabr, AZƏRTAC
Yaxın günlərdə Macarıstanın Ukraynanın Zakarpartye vilayətinin Bereqovo şəhərindəki baş konsulu ölkəsinə qayıdacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə mətbuata açıqlamasında Ukraynanın xarici işlər naziri Pavel Klimkin məlumat verib.
Nazirin sözlərinə görə, Zakarpartye vilayətində Ukrayna vətəndaşlarına Macarıstan pasportlarının verilməsi məsələsini faktlarla macar həmkarı Peter Siyartoya çatdırıb: “Onlar konsulluq münasibətlərinə dair Venesiya Konvensiyasının tələblərini pozublar. Mən macar həmkarıma konsullarının geri çağırılmasını təklif etdim. Əgər bu baş verməsə, bu həftə konsulun ölkədən çıxarılmasına dair nota təqdim edəcəyik”.
Qeyd edək ki, Macarıstan xarici işlər naziri Peter Siyarto macar konsulunun Ukraynadan çıxarılacağı təqdirdə, ölkəsinin adekvat addım atacağını bəyan edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.09.2026 [14:25]
İsrail ordusu “Hizbullah”a məxsus 32 raketi məhv edib
- 15.09.2026 [13:32]
Mərmərə dənizində batan gəminin kapitanının cəsədi tapılıb
- 15.09.2026 [12:59]
Gürcüstanın xarici ticarət dövriyyəsi 17 milyard dolları ötüb
- 15.09.2026 [12:36]
Konqoda Ebola virusuna yoluxanların sayı 7200-ü ötüb
- 15.09.2026 [12:35]
Gürcüstan hökumətinin tərkibində yeni kadr dəyişikliyi olub
- 15.09.2026 [12:17]