MƏDƏNİYYƏT


Rus Dram Teatrında “Payız sonatası” tamaşası göstəriləcək

Bakı, 2avqust, AZƏRTAC

Sentyabrın 16-da Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında İnqmar Berqmanın pyesi və Boris Yerxovun tərcüməsi əsasında səhnəyə qoyulmuş “Payız sonatası” tamaşası göstəriləcək.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Payız sonatası” tamaşasının süjet xətti dul qalmış dünya şöhrətli pianoçu Şarlottanın keşiş əri və xəstə bacısı ilə səs-küydən uzaq əyalət qəsəbəsində yaşayan qızı Yevanın yanına getməsi üzərində qurulub.

Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı İlqar Safat, dekorasiyalar üzrə rəssamı Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, geyim üzrə rəssamı Əməkdar mədəniyyət işçisi Olqa Abbasovadır.

Tamaşada rolları Xalq artisti Lyudmila Duxovnaya (Şarlotta), aktyorlar Rumiyə Ağayeva (onun qızı Yeva), Tamilla Abutalıbova (qızı Yelena) və Aleksey Saprıkin (Yevanın əri Viktor) ifa edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.