Sloveniyalı tennisçi: Bakıda ilk qarşılaşmada qalib gəldiyim üçün çox sevinirəm
Bakı, 21 iyul, Şahnaz Abdullayeva, AZƏRTAC
Azərbaycanda ilk dəfədir oluram. Amma Bakının bir çox beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi etdiyini bilirəm. Ölkəniz haqqında xeyli məlumatım var.
Bu fikri AZƏRTAC-a müsahibəsində Sloveniyalı tennisçi Pia Mariya Rebec deyib.
“Avropa Gənclər Yay Olimpiya Festivalının təşkilatçılığından çox məmnunam. Yarışdığımız Bakı Tennis Akademiyasının kortları çox rahatdır. Burada idmançılar üçün hər cür şərait yaradılıb. Oyuna gəldikdə isə deyə bilərəm ki, çox gərgin qarşılaşma oldu. Buna baxmayaraq, rumıniyalı rəqibimə qalib gələ bildim”, - deyə Pia Mariya Rebec qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [19:40]
Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb
- 13.10.2026 [19:01]
Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
- 13.10.2026 [15:34]