REGİONLAR


Sumqayıtda təhsil sahəsində fərqlənən bir qrup musiqi müəllimi mükafatlandırılıb

Sumqayıt, 5 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Oktyabrın 5-də Beynəlxalq Müəllimlər Günü münasibətilə Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan S.Rüstəmov adına 3 nömrəli Uşaq incəsənət məktəbi, F.Əmirov adına 5 nömrəli, Q.Qarayev adına 1 nömrəli Uşaq musiqi məktəblərində tədbirlər təşkil olunub.

İdarədən AZƏRTAC-a bildirilib ki, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev çıxış edərək ümummilli lider Heydər Əliyevin “Mən dünyada müəllimdən yüksək ad tanımıram” ifadəsini xatırladıb, müəllim kollektivlərini təbrik edərək onlara işlərində yeni-yeni uğurlar arzulayıb. Qeyd edilib ki, ölməz lider H.Əliyev tərəfindən 1993-cü ildə rəsmiləşdirildikdən sonra hər il oktyabrın 5-i böyük sevgi ilə müəllim günü kimi qeyd edilir.

Ölkəmizdə elm və təhsilin inkişafına ali diqqət və qayğı göstərən ölkə Prezidenti İlham Əliyev deyib: “Müəllim Azərbaycanda ən hörmətli insandır. Müəllimlər hər bir cəmiyyətin elitasıdır”.

R.Əliyev istedadlı və yaradıcı şəxslərin aşkar edilməsi, onların müasir texnologiyaların üstünlüklərindən istifadə edərək öz ideyalarını geniş auditoriyalara çatdıra bilmək vərdişlərinin formalaşdırılması, bu istiqamətdə bilik və bacarıqlarının daha da inkişaf etdirilməsi məqsədilə idarə tərəfindən elan edilən “Ən yaxşı qısa film” müsabiqəsinin qaliblərini diplom və hədiyyələrlə təltif edib.

Daha sonra isə işində seçilən və fərqlənən bir qrup müəllim peşə bayramı münasibətilə idarənin Fəxri fərmanı ilə təltif olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.