ELM VƏ TƏHSİL


Tələbə və magistrantların ümumrespublika olimpiadasına qeydiyyatı aparılır

Bakı, 2 dekabr, AZƏRTAC

AMEA-nın Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə geoloq və geofizik tələbələr üçün keçiriləcək “Gələcəyə addım - II” ümumrespublika olimpiadasına qeydiyyat aparılır.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, tədbir ali təhsil müəssisələrinin III-IV kurs tələbələrinin, eləcə də I-II kurs magistrantların bilik səviyyələrini qiymətləndirmək, həmçinin gələcək peşəkar fəaliyyətlərində elmə üstünlük vermələrini stimullaşdırmaq məqsədilə təşkil olunur.

Olimpiada iki mərhələdən ibarət olacaq. İştirak etmək istəyən tələbələr müsabiqənin veb-saytında 2022-ci il yanvar ayının 31-nə kimi qeydiyyatdan keçməlidirlər. Müsabiqənin hər iki mərhələsi Geologiya və Geofizika İnstitutunda təşkil ediləcək. Birinci mərhələdə onlar təqdim ediləcək mövzunun izahlı cavabından ibarət esse (Azərbaycan, ingilis və ya rus dilində 5 A4 səhifəsindən çox olmamaq şərti ilə) hazırlamalıdırlar. Elmi-təşkilat komitəsinin müvafiq meyarlar üzrə aparacaq qiymətləndirilmələrindən sonra ən yaxşı esse müəllifləri final mərhələsinə yüksələcəklər. Final mərhələsində uğur qazanacaq iştirakçılar dörd nominasiya üzrə qalib elan ediləcəklər.

Qaliblər üçün mükafat fondu:

I yer – 800 AZN

II yer – 600 AZN

III yer – 400 AZN

Müsabiqənin nəticəsindən asılı olaraq, ayrılan fond çərçivəsində həvəsləndirici (250 AZN) mükafatlar da nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.