Türkiyə Superliqası: “Beşiktaş” doğma meydanda “Qalatasaray”ı məğlub edib
AzerTAg.az
Bakı, 26 oktyabr, AZƏRTAC
Futbol üzrə Türkiyə çempionatının X turu çərçivəsində keçirilən qarşılaşmada “Beşiktaş” doğma meydanda “Qalatasaray”ı qəbul edib.
AZƏRTAC xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hesabı 35-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Aleksandru Cicaldau açıb. Lakin meydan sahiblərinin futbolçusu Kayl Larin 39-cu dəqiqədə hesabı bərabərləşdirib. Matçın 64-cü dəqiqəsində K.Larin komandasının və özünün ikinci qolunu vuraraq "Beşiktaş"ın qələbəsini rəsmiləşdirib.
Beləliklə, İstanbul derbisində "Beşiktaş" doğma meydanda "Qalatasaray"ı 2:1 hesabı ilə məğlub edib.
Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 24 xalla "Trabzonspor" başçılıq edir. Ondan dörd xal geri qalan "Hatayspor" və "Fənərbağça" klubları müvafiq olaraq ikinci və üçüncü pillələrdə qərarlaşıblar.
Xəbərin mətnində orfoqrafik səhv var