DÜNYA


Türkiyə hökumətinin növbəti iclası keçirilib

Ankara, 21 sentyabr, AZƏRTAC

Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması bütün dünyada olduğu kimi, Türkiyədə də genişlənməkdə davam edir. Türkiyə epidemiyaya qarşı mübarizədə nümunəvi ölkələrdəndir. Lakin unudulmamalıdır ki, vətəndaşlar qaydalara əməl etməklə dövlətə yardım etməlidirlər.

AZƏRTAC xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə hökumətinin növbəti iclası keçirilib. Türkiyədə hazırlanan səkkiz koronavirus peyvəndindən ikisinin heyvanlar üzərində uğurla sınaqdan keçirildiyini diqqətə çatdıran dövlət başçısı, əminliklə ifadə edib ki, peyvəndlər qarşıdakı aylarda insanlar üzərində tətbiq olunacaq. İnfeksiya ilə mübarizədə 65 yaşdan yuxarı olan vətəndaşlar üçün bəzi məhdudiyyətlər ola bilər. Maska taxmaq, sosial məsafə saxlamaq və təmizlik qaydalarına əməl etmək hər kəsin vətəndaşlıq borcudur.

Dövlət başçısı çıxışında Türkiyənin xarici siyasəti, həyata keçirilən sosial-iqtisadi layihələrin əhəmiyyəti, humanizm tədbirləri, gündəlikdə olan digər mühüm məsələlər barədə geniş məlumat verib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.