DÜNYA


Türkiyə hökumətinin növbəti iclası keçirilib

Ankara, 25 oktyabr, AZƏRTAC

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə hökumətinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasdan sonra ənənəvi olaraq xalqa müraciət edən Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Afrika siyasəti, regional proseslərə təsir, beynəlxalq aləmdəki proseslərə münasibət, eləcə də ölkə daxilində tətbiq olunan sosial-iqtisadi tədbirlərdən bəhs edib.

2016-cı ilin iyulunda Türkiyədə dövlət çevrilişi cəhdində iştirak etmək ittihamı ilə həbsdə olan Osman Kavalanın azadlığa buraxılmasına çağırış edən on dövlətin səfirlərinə bir daha kəskin etirazını bildirən Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə məhkəməsi heç kimdən təlimat almaz, kimsənin də əmrini yerinə yetirməz. “Məqsədimiz böhran yaratmaq deyil, Türkiyənin şərəfini qorumaqdır”,-deyə fikirlərini davam etdirən dövlət başçısı əhalinin rifahının yaxşılaşdırılması tədbirləri, gündəlikdə duran digər məsələlər, o cümlədən yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı tədbirlərə toxunaraq vətəndaşları COVID-19 virusuna qarşı mübarizədə fəal olmağa səsləyib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.