Türkiyə ordusu Suriya ərazisində şəhid verib
Ankara, 9 yanvar, AZƏRTAC
Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində apardığı antiterror əməliyyatında iştirak edən hərbçilərdən dördü şəhid olub.
AZƏRTAC xəbər verir ki, hadisə “Sülh çeşməsi” antiterror əməliyyatı bölgəsində baş verib. Bildirilir ki, yol nəqliyyatı nəzarəti həyata keçirən hərbçilər bomba yüklü avtomobillə törədilən terrora məruz qalıblar.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara